Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
21 yanvar 2019 | 20:00
22.01.2019-cu il tarixdə Nardaran qəsəbəsində yerləşən 130 №li tam orta məktəbdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
İclasda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi, Nardaran Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə iclası giriş sözü ilə açaraq qəsəbə haqqında ümumi məlumat verdi. Qeyd olundu ki, Bakının şimal-şərqində, Abşeron yarımadasının şimalında Xəzər dənizinin sahilində yerləşən Nardaran qəsəbəsinin ərazisi 29.0 km2-dir. Hazırda qəsəbədə yaşayan əhalinin ümumi sayını 25161 nəfər təşkil edir. Bildirildi ki, Nardaran qəsəbəsində qəsəbə nümayəndəliyi, bələdiyyə, 8 saylı Birləşmiş Şəhər Xəstəxanası, təxirəsalınmaz təcili tibbi yardım stansiyası, 130 və 295 saylı tam orta məktəblər, 107, 227 və 337 saylı hər biri 60 yer olmaqla körpələr evi-uşaq bağçaları, 97 saylı poçt şöbəsi, Sabunçu rayon Telefon Qovşağının Nardaran kənd ATS-455 və Nardaran bağlar ATS, Sabunçu rayon Dövlət Yanğından Mühafizə hissəsinin24 saylı yanğından mühafizə bolməsi, Sabunçu RPİ-nin 42-ci Polis Bölməsi, DTX-nin Nardaran bölməsi, “Azərişıq”ASC-nin Nardaran qəsəbə flialı, Mədəniyyət Mərkəzi və Kitabxana fəaliyyət göstərir.
2018-ci ildə görülən işlər barədə məruzə ilə çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev bildirdi ki, 2018-ci il ərzində Nardaran qəsəbə icra nümayəndəliyi öz işini Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirməsinə dair dövlət proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində qurmağa çalışmışdır. Nardaran qəsəbəsi üzrə icra nümayəndəsinin həftənin I, III və V günlərində qəbul günü təşkil edilmiş və 121 nəfər qəbul edilmişdir. Nardaran qəsəbə nümayəndəliyinin müavininin həftənin I və IV günlərində qəbul günü təşkil edilmiş və 119 nəfər qəbul edilmişdir. Nardaran qəsəbə nümayəndəliyi 2018-ci il ərzində əhalinin sosial problemlərinin həlli ilə bağlı müəyyən işlər görmüşdür. Belə ki, keçən müddət ərzində qəsəbə nümayəndəliyinə Sabunçu rayon İcra hakimiyyəti tərəfindən 48 məktub və 39 sərəncam daxil olmuşdur. Digər təşkilatlar tərəfindən isə 80 məktub daxil olmuşdur. Vətəndaşlara 1440 arayış və 25 ədəd 2 saylı forma arayışı verilmişdir. Qəsəbə nümayəndəliyi tərəfindən digər təşkilatlara 88 məktub göndərilmişdir. Qəsəbə sakinləri tərəfindən isə 45 ərizə daxil olmuşdur. Qeyd olunan sənədlər “Vətəndaşların müraciətinə baxılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 1998-ci il tarıxli fərmanı ilə təsdiq edilmiş qaydalara əsasən nəzərdə tutulmuş müddətdə araşdırılaraq cavablandırılmışdır. Prezident cənab İlham Əliyevin sərəncamına əsasən gənclərin həqiqi hərbi xidmətə çağırışı ilə əlaqədar 2004-2005-ci il təvəllüdlü gənclərin siyahısı tərtib edilərək AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinə təqdim edilmişdir. Hərbi xidmətdən yayınan gənclərin hərbi xidmətə göndərilməsi istiqamətində birgə işlər görülmüşdür.
Mütəmadi olaraq qəsəbədə Sabunçu rayon İcra Hakimiyyəti Başçısı cənab Adil Vəliyevlə səyyar görüşlər və vətəndaşların səyyar qəbulları təşkil edilmiş, sakinləri narahat edən məsələlər barədə aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırılmışdır.
İl ərzində milli və dövlət bayramlarının qeyd edilməsi və keçirilməsi təmin edilmiş, bu münasibətlə aztəminatlı ailələrə bayram sovqatları paylanmışdır. Qurban bayramı münasibəti ilə qurbanlıq qoyunlar kəsilərək əlillərə və aztəminatlı ailələrə paylanmışdır.
“20 yanvar”, “26 fevral-Xocalı soyqırımı” və “31 mart Azərbaycanlıların soyqırımı” günləri qəsəbə ərazisindəki məktəblərdə sakinlərin iştirakı ilə tədbirlər keçirilmişdir.
Novruz bayramı münasibəti ilə 11 saylı inteqrasiya təlimli internat məktəbində Nardaran-Maştağa və Bilgəh qəsəbə sakinlərinin iştirakı ilə böyük bayram tədbiri keçirilmişdir.
2018-ci il ərzində qəsəbə sakinlərinin sosial problemlərinin həlli istiqamətində bir sıra işlər görülmüşdür.
Hal-hazırda qəsəbədə müasir təlabatlara cavab verən mədrəsə binasının tikintisi başa çatdırılmışdır və son tamamlama işləri görülür .
Qəsəbədə Muğam mərkəzi-mədəniyyət evi və kitabxana binasının tikintisi başa çatdırılmış və sakinlərin istifadəsinə verilmişdir. Hal-hazırda Mədəniyyət Mərkəzində müxtəlif kurslar fəaliyyət göstərir. Müasir tipli kitabxana oxucuların istifadəsindədir.
Qəsəbənin 84 küçəsinə yeni adlar verilmişdir, bununla bağlı hal-hazırda vətəndaşların sənədlərinin dəyişdirilməsi istiqamətində hazirlıq işləri aparılır.
2018-2022-ci illər üçün ev təsərrüfatlarının uçotu kitabları 2018-ci il qeydiyyatına əsasən işlənilmiş və hal-hazırda da işlər davam etdirilir.
25.08.2017-ci ildə Asan Xidmət nəzdində fəaliyyət göstərən “Abad” publik sifarişi əsasında qəsəbədə Bakı keramika və tətbiqi sənət mərkəzinin tikintisi başa çatdırılmışdır. Qadınlar arasında işsizliyin aradan qaldırılması ilə əlaqədar “Azərxalça” ASC tərəfindən 2018-ci ildə qəsəbədə tikintisinə başlanılmış xalça müəssisəsinin tikintisi başa çatdırılmışdır və yaxın günlərdə də istifadəyə verilməsi gözlənilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 may 2018-ci il tarixli sərəncamı ilə qəsəbədəki 295 saylı tam orta məktəb yüksək keyfiyyətlə əsaslı təmir edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları əsaslı təmirdən sonra 295 saylı tam orta məktəbin açılışını edərək orada şagirdlərin təhsili üçün yaradılan şəraitlə tanış oldu.
Yağışlar zamanı yaranan gölməçələr və evlərə axan suların qarşısının alınması məqsədi ilə qəsəbənin Molla Vəli Vidadi küçəsində 200 metr uzunluğunda məsafəyə 603, Mirzə Ələkbər Sabir küçəsində 200 metr uzunluğunda sahəyə 403 karbonat daşları döşənmişdir.
Qəsəbənin uzunluğu 5500 eni 8 metr olan Mübariz İbrahimov küçəsi əsaslı təmir edilmiş, yüksək keyfiyyətli asfalt örtüyü vurulmuşdur.
Həmin küçədə su xətləri təmir edilmiş, xətlərdə yaranmış nasazlıqlarlar və su sızıntılarının qarşısı alınmışdır.
Qəsəbə sakini Abdullayeva Məleykə Səfqulu qızının müraciəti əsasında ona məxsus Şeyx Əli Tuti küçəsi 8 saylı ünvanın su xətti təmir edilərək 10 metr uzunluğunda boru dəyişdirilmişdir.
Seyid Şuşinski küçəsinin sakinləri tərəfindən nümayəndəliyə daxil olmuş müraciətə əsasən həmin küçədən keçən su xəttinin partlaması nəticəsində bir neçə həyətyanı sahənin su basması qeyd edilmişdir və bununla əlaqədar su xətti təmir edilmişdir.
Ötən il ərzində qəsəbədə abadlıq, sanitar-təmizlik, yaşıllaşdırma işlərinin görülməsi təmin edilmişdir. Belə ki, Mübariz İbrahimov küçəsində abadlıq, təmizlik işləri aparılmış və əkilmiş 500 ədəd eldar şamı və qəsəbə nümayəndəliyinin ətrafında, Abşeron küçəsində əkilmiş ağaclara qulluq edilmiş, suvarma işləri aparılmış, qazon olan sahələr mütəmadi olaraq biçilmişdir.
Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsi tərəfindən məişət tullantıları gündəlik daşınır və küçələr təmizlənir.
Qəsəbə nümayəndəliyi küçə ticarətinin və qanunsuz ət kəsimi məntəqələrinin ləğv edilməsi ilə bağlı Sabunçu RPİ-nin 42-ci PB əməkdaşları ilə birgə mütamadi reydlər keçirmiş, qanunsuz fəaliyyət göstərən ət kəsimi məntəqələri ləğv edilmişdir.
Qəsəbə nümayəndəliyi torpaqlarların özbaşına zəbt edilməsi və qanunsuz tikintilərin qarşısının alınması istiqamətində də müəyyən işlər görülmüşdür.
Qəsəbədə müasir standartlara uyğun 1800 nömrəlik abunə tutumu olan Nardaran 455 ATS-1800 abonentə xidmət edir və 720 internet abunəçisi vardır. Bağlar ATS 500 abonentə xidmət edir və 280 internet abunəçisi vardır. Hal-hazırda Nardaran qəsəbəsində təbii qazdan istifadə edən 4596 abonent mövcuddur. Cari ildə qəsəbənin Ləhiş bağları sahəsində 15-ci dalan adlanan sahədə (ŞQTM 700m3) qaz tənzimləyicisi quraşdırılmış, Mayak yolu ərazisində 57 diametrli, uzunluğu 60.01 p\m olan qaz kəməri çəkilmişdir. Həmin sahədə 57 mm diametrli, uzunluğu 60.01 p\m olan qaz kəməri boyanmış və diametri 50mm siyirtmə quraşdırılmışdır.
Hazırda Nardaran qəsəbə daxilində 2816, Nardaran bağlar massivində 1220 və Ləhiş bağlar massivində 1279 abonent elektrik enerjisindən istifadə edir.
2018-ci ildə Nardaran qəsəbəsi üzrə 2859, bağlar üzrə 1300 abonent elektrik enerjisi ilə təmin olunmuşdur. Qəsəbədə TM və KTM-in sayı 197 ədəd təşkil edir. Cari ildə 6\10 kv-luq hava xətlərinin AS50-2250 metr naqil, 8 ədəd YG dayaq, 36 ədəd ŞF 10 izolyator əsaslı təmir edilmişdir. 0,4 kv-luq “ÖİN” xətlərində 258 metr XLPE (ABC) tipli kabel əsaslı təmir edilmişdir. Hava xəttinə çıxış ÖİN xəttinin 98 metri NAYY kabeli ilə əvəz edilmişdir. Maştağa-Nardaran yolunun abadlaşdırılması ilə əlaqədar yol kənarında 6\0,4 kv-luq dayaqlar rənglənmiş, yolu keçən 6\0, 4 kv-luq hava xətlərinin gələcəkdə yeraltı kabel xətti ilə əvəz olunması üçün yola 200 metr plastik boru atılmışdır. Y\st 499-611№ 2 budaq KTM 2523 yeni (4000 metr, naqil AS50 və 27 ədəd YG dayaq) alternativ hava xətti çəkilmişdir.
2018-ci il ərzində Sabunçu rayonu Sukanal idarəsi tərəfindən Nardaran qəsəbəsində ümumilikdə 3500 p.m müxtəlif diametrli borularla su xətti çəkilmiş, 90 pm su xətti isə təmir olunmuşdur. 2 dəst müxtəlif ölçülü siyirmələr quraşdırılmış, 4 ədəd isə təmir edilmişdir. Müvafiq dövrdə 220 dəst su sayğacı quraşdırılmış, 21 ədəd sayğac təmir olunmuşdur. Qəsəbənin dəniz sahilinə yaxın 5, 19, 20-ci dalanlarında və Yanğın Söndürmə Məntəqəsinin yolunda ilk dəfə su xətti çəkilmiş və 220 abonent içməli su ilə təmin olunmuşdur. Qəsəbənin bütün ərazisinin su ilə təmin olunması üçün mütəmadi işlər aparılır.
Daha sonra Nardaran Bələdiyyəsinin sədri Əlihüseyn Ağayev 2018-ci il ərzində bələdiyyə tərəfindən görülmüş işlər barədə geniş məlumat verdi.
Hesabat iclasının sonunda qəsəbə sakinlərinin də fikir və təklifləri dinlənildi və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verildi.