Sabunçu rayonunda “Bir damla QAN bir HƏYAT deməkdir” adlı qanvermə aksiyası keçirilmişdir
23 yanvar 2019 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Talassemiya Federasiyası və Sabunçu Gənclər Evinin təşkilatçılığı, “Sərham” MMC və “Şirin” MMC-in dəstəyi ilə talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə kömək məqsədi ilə 24.01.2019-cu il tarixdə Sabunçu Gənclər Evində “Bir damla QAN bir HƏYAT deməkdir!” adlı qanvermə aksiyası keçirilmişdir.
Aksiyada Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndəlikləri, bələdiyyələr, rayonda fəaliyyət göstərən təhsil və səhiyyə müəssisələri, xidmət səhələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi, 4 saylı Bakı ASAN Xidmət mərkəzi və rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən, YAP Sabunçu Rayon Təşkilatının üzvləriolmaqla ümumilikdə 300-dən çox insan könüllü iştirak etmişdir.