Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi

24 yanvar 2019 | 20:00
25.01.2019-cu il tarixdə Bilgəh qəsəbəsində yerləşən 142 №li tam orta məktəbdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
İclasda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Bilgəhqəsəbəsi üzrə nümayəndəsinin müavini, Bilgəh Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə iclası giriş sözü ilə açaraq qəsəbə haqqında ümumi məlumat verdi. Qeydolunduki, qədimvə zəngin tarixə malik olan qəsəbə Xəzər dənizinin sahilində yerləşir. Ərazisi 21.0 km2 –dir. Statistikaya əsasən əhalinin sayı 30175 nəfərdir. Qəsəbə ərazisində 28 saylı Birləşmiş Şəhər Xəstəxanası, Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsi, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzi, 11 saylı İnteqrasiya təlimli internat məktəbi, 281 saylı körpələr evi-uşaq bağçası, 142 saylı tam orta məktəb, 94 saylı poçt şöbəsi, təxirə salınmaz təcili tibbi yardım stansiyası, Mədəniyyət evi, kitabxana və müxtəlif növ sanatoriya və istirahət mərkəzləri fəaliyyət göstərir.
2018-ci ildə görülən işlər barədə məruzə ilə çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin müavini Məhərrəm Mehrəliyev bildirdi ki,Bilgəh qəsəbə nümayəndəliyində2018-ci ildə əhalinin sosial problemlərinin həlli ilə əlaqədar müəyyən işlər görülmüşdür. Əhalinin qaz, işıq, içməli suya olan tələbatını fasiləsiz, etibarlı şəkildə ödənilməsi, yolların çəkilməsi və bərpası, kanalizasiya sisteminin qurulması, rabitə, səhiyyə, təhsil sahəsində yeni-yeni naliyyətlərə nail olmaq əsas məqsəd olmuşdur. Nəticədə, qəsəbə ərazisində elektrik enerjisinə olan təlabat tam ödənilmişdir.
Qəsəbə ərazisində yaşayan əhalinin əsas social problemlərindən biridə əhalinin mavi yanacağa olan tələbatıdır. Qəsəbədə ümumilikdə təbii qazdan istifadə edən abonentlərin sayı 6780-ə çatdırılmışdır.
“Azərsu” ASC tərəfindən qəsəbədə işlər görülməkdə davam edir. Ötən ilin sentyabr-oktyabr aylarında Ə.Bakıxanov küçəsində 600 metr uzunluğunda 280 mm diametrində, Azərbaycan qadını küçəsindən keçən ana xətdən yeni su xətti çəkilmiş və bir neçə döngələrə çıxışlar qoyulmuşdur. Bu işlər indidə davam etdirilir.
Həlli vacib olan məsələrdən biridə ərazidə küçələrin süpürülməsi, məişət tullantılarının yığılması, qablaşdırılması, daşınması və zərərsizləşdirilməsidir. Bu işlərin görülməsi rayon ərazisində fəaliyyət göstərən kommunal təsərrüfatı idarəsi tərəfindən həyata keçirilir. Qəsəbə ərazisindən tullantıların yığılıb daşınması üçün 37 ünvanda zibil qutuları qoyulmuşdur. Qəsəbə ərazisində fəaliyyət göstərən ticarət obyektləri və sakinlərlə tullantıların daşınmasına dair müqavilə bağlanmışdır. Bunun əsasında da qəsəbə ərazisindən  tullantıların daşınması aidiyyatı təşkilat tərəfindən gündəlik həyata keçirilir. Məişət tullantılarının daşınması ilə paralel ərazinin abadlaşdırılması, ekoloji cəhətdən yaxşılaşdırılması da günün vacib tələblərindən biridir.
Belə ki, 2018-ci il ərzində qəsəbə daxilində Süleyman Rüstəm küçəsi 8-ci dalan, Həzi Aslanov küçəsi 15-ci dalan, Ziya Bünyadov küçəsi və Azərbaycan qadını küçəsindəyollara ümumilikdə 13600m2 asfalt örtüyü vurulmuşdur.
Bundan əlavə Azərbaycan qadını küçəsindəabadlıq işləri aparılaraq 250m2 hasara mala, 1200m2 sahəyə rəng vurulmuşdur. İstiqlaliyyət küçəsində qəsəbənümayəndəliyi tərəfindən yolun kənarları və səkilər alaq otlarından təmizlənərək, abadlıq işləri aparılaraq hasarlar rənglənmişdir.
Ötən ildə qəsəbə ərazisində bir neçə qanunsuz tikilininqarşısı alınmış və nəzarətə götürülmüşdür. Həmçinin, bir neçə ət kəsimi yeri ləvğ edilmişdir. Bununla bağlı RPİ-nin14-cü PB-nin əməkdaşları ilə birlikdə mütəmadi reydlər keçirilir.
Qəsəbə nümayəndəliyi inzibati ərazidə yaşayan vətəndaşların qəbulunu həyata keçirir. Onların təkliflərini dinləyir, qaldırdıqları məsələləri səlahiyyətləriçərçivəsindəhəll edir, qlobal problemləri yuxarı təşkilatlara çatdırır, Rayon İcra Hakimiyyətinə lazımi təkliflər verir.
2018-ci il ərzində qəsəbə nümayəndəliyinə Rayon İcra Hakimiyyətindən 45, müxtəlif təşkilatlardan 46, vətəndaşlardan isə 8 yazılı ərizə və məktub daxil olmuşdur. Nümayəndəliyin qəbulunda 70 vətəndaş, nümayəndə müavinin qəbulunda isə 68 vətəndaş olmuşdur ki, bütün vətəndaşların qaldırdıqları problemlər yerində həll edilmiş, lazımi izahatlar verilmişdir.
Ötən il ərzində qəsəbə nümayəndəliyi öz işini ərazidə fəaliyyət göstərən dövlət qurumları və digər təşkilatlarla qarşılıqlı şəkildə qurmuşdur.
Daha sonra Bilgəh Bələdiyyəsinin sədri Təyyar İbadov 2018-ci il ərzində bələdiyyə tərəfindən görülmüş işlər barədə geniş məlumat verdi.
Hesabat iclasının sonunda qəsəbə sakinlərinin də fikir və təklifləri dinlənildi və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verildi.
Keçidlər