Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
27 yanvar 2019 | 20:00
28.01.2019-cu il tarixdə Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
İclasda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov və müavin Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi, Maştağa Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov iclası giriş sözü ilə açaraq qəsəbə haqqında ümumi məlumat verdi. Qeyd olundu ki, Maştağa qəsəbəsi Sabunçu rayonunun ərazisinə görə ən böyük qəsəbəsidir. Qəsəbədə 8 tam orta məktəb, 6 məktəbəqədər təhsil müəssisəsi, 1 uşaq sanatoriyası, 1 musiqi məktəbi, 4 №li uşaq-gənclər inkişaf mərkəzi , H.Abbasov adına Mədəniyyət Mərkəzi, 7 saylı xəstəxana və poliklinika, 1 saylı Respublika Psixiatriya Xəstəxanası, Respublika Narkoloji Dispanser, təcili yardım stansiyası, Gömrük Komitəsinin kinoloji mərkəzi, Avtomobil diaqnostika mərkəzi , Maştağa Olimpiya mərkəzi, FHN Yanğından mühafizə idarəsi və digər müəssisələr vardır. Qəsəbədə daimi pasport qeydiyyatında olanların sayı 46750 nəfər, qeydiyyatsız yaşayanların sayı isə 63250 nəfərdir.
2018-ci ildə görülən işlər barədə məruzə ilə çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Şamil Alıyev bildirdi ki, 2018-ci il hesabat dövründə qarşıya qoyulmuş iş planı nümayəndəlik tərəfindən yerinə yetirilmişdir. 2018–ci il ərzində nümyəndəlikdə 1500 nəfər sakin qəbulda olmuş, fərdi qaydada dinlənilərək vətəndaşlara hüquqi qaydada xidmətlər göstərilmiş, göstərişlər və məsləhətlər verilmişdir. Nümayəndəliyə il ərzində vətəndaşlardan və qurumlardan 648 məktub və bildiriş daxil olmuş, fərdi qaydada 478 cavab məktubu göndərilmişdir. Həmçinin Sabunçu rayon İcra Hakimiyyətinin 170 şifahi sorğusuna cavab verilmişdir.
Hesabat ilində Maştağa qəsəbəsində təhsil, sənaye, infrastruktur və kənd təsərrüfatı sahəsində kifayət qədər işlər görülmüş, nailəyyətlər əldə edilmiş, yeni iş yerləri açılmışdır. Belə ki, il ərzində Subtropik sovxoz ərazisində 29 ha istixana quraşdırılaraq istismarına başlanılmış, 140 nəfərdər artıq sakin işlə təmin edilmişdır. Qəsəbə ərazisində illik istehsal gücü 500 ton olan meyvə qurutma və saxlama zavodu tikilərək istifadəyə verilmiş, 60 nəfərə yaxın qəsəbə sakini işlə təmin edilmişdir.
27 min nəfər əhalisi olan Savalan yaşayış massivində H.Əliyev Fondunun dəstəyi ilə 2 ha ərazidə yeni 960 yerlik tam orta məktəb inşa edilərək ölkə başçımız cənab İlham Əliyev tərəfindən şagirdlərin ixtiyarına verilmişdir. Həmçinin, 187 saylı tam orta məktəbin əsaslı təmirdən sonra açılışında möhtərəm Prezidentimiz cənab İ.Əliyev iştirak etmişdir.
Hesabat ili ərzində ölkə başçısı Maştağa qəsəbəsinə müxtəlif tədbirlərdə iştirak üçün 3 dəfə səfər etmişdir ki, bu da qəsəbəyə göstərilən diqqətin bariz nümunəsidir.
Savalan yaşayış massivində uşağ bağçası və xeyir–şər evinin tikintisi başa çatmışdır və hal-hazırda son tamamlama işləri görülür. Gülçülük sovxozunun ərazisində 4 obyektin inşası başa çatıb, onlardan 2-si istifadəyə verilib, 2-də isə tamamlama işləri görülür. Maştağa - Nardaran yolunda 2 mərtəbəli obyekt, Ə.Əhmədov küçəsinin sonunda isə 2 obyekt tikilməkdədir. H.Heybətov küçəsində “Maştağa Mall” ticarət mərkəzi yeni tikilib istifadəyə verilmiş, “Sərin” şadlıq evi isə yenidən təmir olunmuş və qəsəbə sakinlərinin istifadəsinə verilmişdir. Nəticədə, 30 nəfərə yaxın qəsəbə sakini işlə təmin edilmişdir. Hal-hazırda 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının terapiya şöbəsinin yeni korpusu tikilməkdədir. Həmçinin, qəsəbə ərazisində 300-ə yaxın yeni müasir tipli evlər tikilmişdir.
Azəriqaz tərəfindən qəsəbədə pərakəndə çəkilmiş müxtəlif diametrli köhnə qaz xətləri ləğv edilmiş, 6850 P/M müxtəlif diametrli yeni qaz xətləri, 34 ədəd qaz tənzimləyici qurğu quraşdırılaraq istismara verilmişdir. 250 qaz tənzimləyici quraşdırılmışdır.
Azərişıq ASC tərəfindən 2018-ci il hesabat dövründə yeni 14 KTM, 1 TM istifadəyə verilmiş, 22600 metr AS-50, 3143 metr AS-70 hava xətti dəyişdirilmiş, 130 ədəd YG dayaq, ümumilikdə ölçüsü müxtəlif en kəsikdə 4305 metr kabel yenilənmişdir. Savalan yaşayış massivində məktəb ərazisində 11 beton dayaq ilə 10 KV-luq 2000 metrlik xətt çəkilmişdir .
Sabunçu Texniki İstismar idarəsi tərəfindən 2018–ci ildə 1 ədəd yeni paylayıcı qurğu, 11 ədəd yeni elektrik dirək və 14 ədəd yeni çıraq quraşdırılmışdır, yeni xətlərin çəkilməsinə və zədələnmiş xətlərin dəyişdirilməsinə 2216 metr kabel istifadə edilmişdir .
2018-ci il ərzində Maştağa qəsəbəsi və onun ətraf yaşayış sahələrində ümumilikdə 1528 ədəd ADSL portu artırılaraq ümumi ADSL portalların sayı 6112 ədədə çatdırılmışdır, xətt sahəsində texniki pozuntular aradan qaldırılmışdır, abunəçilərin telefona olan tələbatını ödəmək üçün yeni layihələr icra olunmuşdur.
Azərsu tərəfindən 2018–ci il ərzində qəsəbə əhalisinin içməli su ilə təmin edilməsi məqsədilə ümumilikdə 9300 p/m müxtəlif diametrli borularla su xətləri çəkilmiş, 410 p/m su xətti isə təmir olunmuşdur. 11 dəst müxtəlif ölçülü siyirmələr quraşdırılmış, 5 ədəd isə təmir olunmuşdur. Müvafiq dövrdə 400 ədəd su sayğacı quraşdırılmış, 55 ədəd sayğac isə təmir edilmişdir.
2018-ci ilin payız-qış mövsümündə qəsəbənin məhəllədaxili ərazilərinin bir hissəsində su basmanın qarşısını almaq məqsədilə M.Hüseynzadə küçəsi, Zabrat-Maştağa körpüsünün altı-dəmir yolu xətti boyunca mövcud 800 metr uzunluğunda kanalın Zabrat qəsəbə nümayəndəliyi ilə birgə xüsusi texnika vasitəsilə içərisi təmizlənərək dərinləşdirilmişdir. Bakı şəhər MKTD-nın beton zavodunun kənarından yeni 250 metr uzunluğunda kanal qazılmış, 80 metr məsafəyə 1 metr diametrdə beton borular düzülərək çirkab suyun axıdılması təşkil olunmuşdur. Bununla da mövcud göllərin sularının axıdılması təmin edilərək dəmiryol xəttinin və Zabrat-Maştağa körpüsünün bünövrəsinin yuyulmasının qarşısı alınaraq qış mövsümündə M.Hüseynzadə, Zabrat-Maştağa şossesi boyunca yerləşən fərdi yaşayış evlərinin həyatyanı sahələrinin su basmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülmüşdür.
Qəsəbədə sanitar gigiyenik vəziyyət ildən-ilə yaxşılaşır. Belə ki, qəsəbənin ayrı-ayrı küçə və yollarında 231 ədəd konteyner yerləşdirilmişdir ki, bu da öz növbəsində qəsəbənin təmiz saxlanılmasına yardım edir. 2018 –ci ildə qəsəbə ərazisində ümumilikdə 7 məişət tullantısı meydançası tikilmişdir. Qəsəbə ərazisində il ərzində 10-dan cox yerdə özbaşına atılmış məişət tullantılarının qalaqları ləğv edilmişdir. Vətəndaşlar arasında təbliğat maarifləndirilmə işləri aparılır.
Azəryol servis tərəfindən qəsəbənin Maştağa-Nardaran yolunda su boruları dəyişdirildikdən sonra 24000 metr², Nizami küçəsinə 11000 metr², B.Bağırov küçəsinə 2000 metr², Savalan yaşayış massivində 11595 metr², H.Abbasov küçəsində 1000 metr² asvalt çəkilmişdir.
Təhsil sahəsində fəaliyyət göstərən 8 tam orta məktəbdə məktəblilərin göstəriciləri qənaətbəxşdir. Belə ki, 336 məzundan 185 şagird ali məktəblərə daxil olmuşdur, onlardan 8 şagird 600-dən yuxarı, 24 şagird isə 500-dən yuxarı bal toplamışlar. Sabunçu İcra Hakimiyyəti və qəsəbə nümayəndəliyi tərəfindən isə 300-zə yaxın ailəyə bayramlar ərəfəsində ərzaq yardımları paylanmışdır .
Ötən ildə qəsəbə ərazisində bir neçə qanunsuz tikilinin qarşısı alınmış və nəzarətə götürülmüşdür. Həmçinin, bir neçə ət kəsimi yeri ləvğ edilmişdir. Bununla bağlı Polis Bölməsinin əməkdaşları ilə birlikdə mütəmadi reydlər keçirilir.
İl ərzində qəsəbə ərazisində yaşıllaşdırma və abadlaşdırma ilə əlaqədar mütamadi iməcliklər keçirilmişdir, əraziyə düşən Maştağa-Buzovna, Maştağa –Nardaran yolunun sağ və sol kənarları və Nizami küçəsi təmizlənərək qaydaya salınmış, ağaclar budanmış, gövdələri rənglənmişdir. Maştağa İstirahət və Mədəniyyət Parkında yeni ağaclar əkilmiş, bayram günlərində güllərlə bəzədilmişdir.
Daha sonra Maştağa Bələdiyyəsinin sədri İlqar Qurbanov 2018-ci il ərzində bələdiyyə tərəfindən görülmüş işlər barədə geniş məlumat verdi.
Hesabat iclasının sonunda qəsəbə sakinlərinin də fikir və təklifləri dinlənildi və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verildi.