2 fevral - Azərbaycan Gənclər Günü Sabunçu rayonunda qeyd edildi
31 yanvar 2014-cü il tarixində Sabunçu rayonunda 2 fevral- Azərbaycan Gənclər Gününə həsr olunmuş “Nailiyyətlər və perspektivlər” adlı tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, Yap Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavindəri Samirə Quliyeva, Aytac Əliyeva və Ramin Məmmədov, YAP Sabunçu, Nizami, Xətai, Binəqədi, Suraxanı, Yasamal, Sumqayıt rayon Gənclər Birliklərin sədrləri və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və əməkdaşları, Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, eyni zamanda rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak etdi.
Aparıcı Lamiyə Cəlilova tədbiri açıq elan edərək, Respublikamızda aparılan gənclər siyasəti, Ulu Öndər Heydər Əliyevin gənclərə xüsusi diqqət və qayğısının, etimadının bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi barədə məlumat verdi. Daha sonra Azərbaycan gəncliyinin uğurlarını özündə əks etdirən, gənclər siyasəti çərçivəsində ölkəmizdə əldə edilmiş nailiyyətlər barədə video film tədbir iştirakçılarına təqdim edildi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova qonaqları salamlayaraq qeyd etdi ki, Azərbaycanda gənclər siyasətinin banisi- bütün həyatını Azərbaycanın inkişafına, tərəqqisinə həsr edən Ümummilli Lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Bunun bariz nümunəsidir ki, Ümummilli Lider 1995-ci ildə Gənclər Forumu ilə bağlı təşəbbüs irəli sürmüş və 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarını keçirtmiş və 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etmişdir. Natiq gənclər siyasətinin bugün ölkə Prezidenti İlham Əliyevin fəaliyyətində uğurla davam etdirildiyini və yeni mərhələsini yaşadığını xüsusi vurğuladı. Mədəniyyətlərarası dialoqun genişlənməsinə böyük töhfələr verən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da bütün fəaliyyətinin məhz Azərbaycan mədəniyyətinin dünya tərəfindən tanıdılması aspektində gəncliyin rifahına istiqamətləndiyini, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycalı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın bugünki Azərbaycan gənclərinə örnək olduğunu nəzərə çatdıran natiq sonda Azərbayçan gənclərini bir daha təbrik etdi, onlara ölkəmizin inkişafı yolundakı fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirdə Yap Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva çıxış edərək gəncləri təbrik etdilər.
Bədii hissədə 8 gəncə müxtəlif nominasiyalar üzrə Fəxri Fərman, Diplom və hədiyyələr təqdim edildi və tədbir musiqili-əyləncəli proqramla davam etdirildi.