Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
30 yanvar 2019 | 20:00
31.01.2019-cu il tarixdə Bakıxanov qəsəbəsində yerləşən Sabunçu Gənclər Evində Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi, Bakıxanov Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyeviclası giriş sözü ilə açaraq qəsəbə haqqında ümumi məlumat verdi. Qeyd olundu ki, ərazisi 12 km2, qeydiyyatda olan əhalisinin sayı 74.912 nəfər, ümumilikdə isə əhalinin sayı 95.000 nəfərdən artıq olan Bakıxanov qəsəbəsi Bakı şəhəri Sabunçu rayonunun mərkəzi qəsəbəsidir.
2018-ci ildə görülən işlər barədə məruzə ilə çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov bildirdi ki, Bakıxanov qəsəbə nümayəndəliyi öz fəaliyyətini yerli İcra Hakimiyyətləri haqqında əsasnamə, İcra nümayəndəliyinin iş planı, Rayon İcra Hakimiyyəti Başçısının tapşırıq və tövsiyəsi əsasında qurur.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə ötən ilin dekabrın 13-də Bakıxanov qəsəbəsində yeni inşa olunmuş Gənclər Mərkəzinin açılışı olmuşdur. Ümumi ərazisi 2,3 hektar olan parkda yenidənqurma işlərinə 2014-cü ilin sonunda başlanılmış, bu istirahət mərkəzinin ərazisində idman meydançası və açıq havada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün səhnə quraşdırılmış, parkda inşa olunan Gənclər Mərkəzinin üçmərtəbəli binasının qarşısında Ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılmışdır. Mərkəzin ümumi sahəsi 5800 m2-dir. Yüksək zövqlə inşa edilən binanın interyeri müasirliyi ilə seçilir. Azərbaycan tarixində müstəsna xidmətləri olan Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə burada silsilə tədbirlər keçiriləcəkdir. Gənclər Mərkəzində Heydər Əliyev Muzeyinin yaradılması Ulu Öndərin zəngin və çoxşaxəli irsinin gənclər arasında təbliği və öyrənilməsində mühüm rol oynayacaqdır. Muzeydə Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar, eksponatlar vardır. Burada, həmçinin Ulu Öndərin çoxşaxəli siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolar və sənədlər nümayiş etdirilir. Gənclər Mərkəzində 300 yerlik böyük konfrans zalında rayonun ictimai-siyasi, mədəni həyatı ilə bağlı əlamətdar tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Mərkəzdə virtual atıcılıq otağı, foto, rəsm, dizayn və poliqrafiya studiyaları, fortepiano, rəqs və intellektual oyun zalları yaradılmışdır. Həmçinin kiçik konfrans zalı, Gənclər kafesi, kompüter və xarici dil kursları, linqafon kabineti, şahmat otağı, virtual sinif də vardır. Burada 90 yerlik kinozal və elektron kitabxana da gənclərin ixtiyarına veriləcəkdir. Heydər Əliyev fondunun dəstəyi ilə qəsəbədə fəaliyyət göstərən 310 №li tam orta məktəb əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Göstərilən diqqət və qayğının cavabı olaraq Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 12 tam orta məktəbdə 970 nəfər məzundan 865 nəfəri ali təhsil ocaqlarına sənəd vermiş, onlardan 654-ü isə tələbə adını qazanmışdır. Qeyd olunan bu göstərici abituriyentlərin 75,6%-ni təşkil edir. Diqqətəlayiq haldır ki, respublikada ən yüksək, yəni 700 bal toplayanlar arasında Bakıxanov qəsəbəsində yerləşən 169 №li tam orta məktəbin məzunu Aslan Aşirov da vardır.
Ötən il ərzində qəsəbənin hər yerində olduğu kimi məhəllə və məhəllədaxili ərazilərdə də geniş abadlıq və quruculuq işləri davam etdirilmişdir. Qəsəbə nümayəndəliyi aidiyyatı qurumlarla birgə qanunsuz tikililərə qarşı daim mübarizə aparır. Belə ki, zəbt edilərək hasarlara alınmış qanunsuz tikililər, çəpərlər, yaşayış binalarına bitişik artırmalar, məhəllələrin uşaq meydançaları və binaların mühafizə zolaqlarında quraşdırılmış daş və metal konstruksiyalı qarajlar sökülərək ərazilər təmizlənmişdir. Bu kimi aparılan işlərin nəticəsidir ki, Ramiz Qəmbərov 24 və 26, Sülh 32, Qaçaq Nəbi 1a, 14/1, 14/2və4090/94 binaların həyətlərində sakinlərin istirahəti üçün müxtəlif növ attraksionlar quraşdırılmış, ağaclar əkilmiş, səki daşları yenilənmiş, asfalt örtüyü vurulmuş, qazon döşənmiş və işıq dirəkləri quraşdırılmışdır. Həyətlər abadlaşdırılaraq müasir tipli 8 nümunəvi həyət sakinlərin istifadəsinə verilmişdir.
Qəsəbənin Fətəliyev 70, 4090/94 məhəllə ev 6,M.Gəncəvi 23, R.Qəmbərov 22, 26 və 28,Sülh1, 1a, 3 və 5 ünvanlarında əsaslı, bir çox ünvanlarda isə həm əsaslı, həm də cari təmir işləri aparılaraq, ümumilikdə 18.530 m2dam örtüyü və şüşəruberoid vurulmuşdur.Bakıxanov qəsəbəsində Sülh 1, 1a, 3, 5 və 32, R.Qəmbərov 18, 22, 24, 26 və 28 ünvanlarında binaların giriş qapıları dəmir qapılarla əvəz edilmişdir, pilləkən qəfəsləri rənglənmiş, taxta pəncərələr plastik pəncərələrlə əvəzlənmiş, navalçalar dəyişdirilmiş, fasadlar əsaslı təmir olunmuş və rənglənmişdir. Müxtəlif ünvanlarda sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə tüstü bacaları və hava sorucu kanallar təmizlənib işlək vəziyyətə gətirilmişdir. Yanğın mənbəyinə çevrilə bilən quru otlar vurulub daşınaraq yerləri təmizlənmişdir. Əhali 24 saat su ilə təmin olunduğundan binaların damlarından və həyətlərdən 200-ə yaxın iri qabaritli su çənləri götürülmüş, 250-yə yaxın su nasosları ləğv edilmişdir. Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsinin bir hissəsinə 10.800 m2, Akim Abbasov küçəsinə 7070 m2, Fətəliyev 80, Qaçaq Nəbi (Əfəndiyev) 1a, R.Qəmbərov ev 22, 24, 26 və 28, Sülh 1, 1a və 32, Yavər Əliyev 26a, S.Vurğun 40/41 və s.ünvanlarda məhəllədaxili yollara vəhəyətlərə ümumilikdə 33.000 m2-ə yaxın asfalt örtüyü vurulmuşdur. Abadlaşan həyətlərdə və qəsəbənin müxtəlif ərazilərində abadlaşma məqsədi ilə 1200 m2-ə yaxın qazon döşənmiş, 600 ədəd müxtəlif növ ağaclar və 18.000-ə yaxın dekorativ güllər əkilmişdir.
Qəsəbədə aparılan bu kimi işlərinin yerinə yetirilməsindəqəsəbədə yerləşən ayrı-ayrı təşkilatların hər biri fəallıq göstərmişdir. Belə ki, “Azərişıq”ASC-nin Sabunçu rayon enerji təchizatı və satış idarəsi tərəfindən qəsəbə sakinləri üçün böyük əhəmiyyət kəsb edən elektrik enerjisinin fasiləsiz, keyfiyyətli və dayanıqlı verilməsini təmin etmək məqsədi iləBakıxanov yarımstansiyası yenidən qurulmuş, 2 ədəd 40 MVA (meqavolt amper) transformator dəyişdirilmiş, yüksək və alçaq gərginlikli kabel xəttinin dəyişməsi, hava xəttinin kabel xətti ilə əvəz edilməsi, hava xəttinin naqillərinin dəyişməsi və kabel xəttinin yer altına salınması ilə əlaqədar müxtəlif markalı kabellerdən istifadə olunmuşdur. Bununla yanaşı, transformator məntəqələrində əsaslı təmir işləri aparılmışdır.
Qəsəbə üzrə məhəllə və küçələrin işıqlandırılmasında küçə işıqları idarəsi tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, 71 ədəd yeni dirək basdırılmış, 142 ədəd yeni çıraq quraşdırılmış və 14.620m müxtəlif ölçülü kabel çəkilmişdir. Ümumilikdə, qəsəbədə 1942 çıraq işlək vəziyyətdədir.
“Azərsu”ASC-nin Sabunçu rayon Sukanal Departamenti tərəfindən Bakıxanov qəsəbəsində su təchizatının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Belə ki, 2018-ci il ərzində qəsəbə üzrə 85 çoxmərtəbəli binanın zirzəmisindən su xətləri yenilənərək pilləkən qəfəsinə çıxarılmış, ümumilikdə 10.875m müxtəlif diametrli borularla su xətti çəkilmiş və 1890 m su xətti isə təmir olunmuşdur. Əhalini təmiz su ilə təmin etmək üçün 19 ədəd su anbarı yuyulub təmizlənmiş, 45 dəst müxtəlif ölçülü siyirtmə quraşdırılmış, 31 ədədi isə təmir olunmuşdur. Qəsəbədə yerləşən 35 su nasos stansiyasında 15 ədəd su nasosu əsaslı təmir edilmişdir.
2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıqla bağlı Sabunçu rayon İstilik Sistemləri İstismar Sahəsi tərəfindən istismara yararsız 980m müxtəlif diametrli yeraltı istillik xətləri dəyişdirilmiş, qazanxanalarda olan qazan, nasos, elektrik və qaz təsərrüfat avadanlıqlarının işinin etibarlı təmin edilməsi yönündə avadanlıqlarda cari və əsaslı təmir işləri aparılmışdır. Aparılmış işin hesabına hazırda qəsəbəmizdə 198 yaşayış binası, 6 məktəb, 6 uşaq bağçası və 19 səhiyyə müəssisəsi fasiləsiz istiliklə təmin edilir.
Qəsəbə əhalisinin qaz təchizatının yaxşılaşdırılması, sakinlərin qaz problemlərinin aradan qaldırılması istiqamətində Sabunçu “Qaz İstismar Sahəsi” də xidməti ərazidə müəyyən işlər görmüşdür. Belə ki, Bakıxanov qəsəbəsi üzrə ayrı-ayrı ünvanlarda ümumi uzunluğu 1.550m müxtəlif diametrli köhnə qaz xətti ləğv edilmiş və yenisi ilə əvəz edilmişdir, 4382 m qaz borusu isə boyanmışdır.
Sabunçu rayon Telefon Qovşağının xidməti ərazisi olan Bakıxanov qəsəbəsi üzrə quraşdırılmış ümumi tutumu 26.610 nömrədən 23.565 nömrə əhalinin istifadəsinəverilmişdir. Əlavə olaraq, qəsəbə üzrə ümumi tutumu 10.080 port olan geniş zolaqlı ADSL (internet) avadanlığı ATS-lərdə quraşdırılmışdır. ADSL (İnternet) istifadəçilərinin sayı 9775 nəfər təşkil edir. Qəsəbədə aparılan yenidənqurma işlərinə uyğun olaraq, yeni tikilən binalarda əhalinin telefona olan tələbatını əvvəlcədən ödəmək məqsədi ilə qəsəbə ərazisində kabelləşmə işləri aparılmaqdadır. Qəsəbədə yüksəkmərtəbəli binalarda əhaliyə xidmət etmək üçün Baklift - 2 İxtisaslaşmış İstehsalat İdarəsi Bakıxanov qəsəbəsi ərazisində 345 ədəd liftə texniki xidmət göstərir. Xidmət göstərilən 345 ədəd liftin hər birinə ay ərzində texniki baxış keçirilir. Baxış zamanı aşkar olunan qüsurlar aradan qaldırılaraq liftlər istismara buraxılır. Sabunçu rayon İcra Hakimiyyəti “Pilot layihə” çərçivəsində 5 il müddətinə mülki, mənzil və şəhərsalma, tikinti qanunvericiliklərinin tələblərinə əməl etməkləşəhərin ümumi görünüşünə xələl gətirən qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi ilə tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığı, tikintiyə və tikinti obyektinin istismara verilməsini təmin etməlidir. Onun nəticəsidir ki, Rayon İcra Hakimiyyəti Başçısının xüsusi tapşırığı ilə kəskin qəzalı vəziyyətdə olan 100-dən çox yaşayış binası siyahıya alınmış, növbəli şəkildə yeni çoxmənzilli binalarla əvəzlənməsi üçün xüsusi tədbirlər planı hazırlanmış, icrası məqsədi ilə konkret tapşırıqlar müəyyənləşdirilmişdir. Qəsəbənin Əhmədbəy Ağayev küçəsi 39 və 39a ünvanlarında yerləşən kəskin qəzalı vəziyyətdə olan iki mərtəbəli yaşayış binaları sakinlərinin razılığı ilə sökülmüş, yerində müasir tipli bütün yaşayış normalarına uyğun, qəsəbəyə xüsusi gözəllik verən dayanıqlı çoxmərtəbəli binalar inşa edilmiş, əraziləri abadlaşdırılmış və sakinlərin istifadəsinə verilmişdir. Artıq “Pilot” layihəyə uyğun işlərin təqdirəlayiq davamı olaraq qəsəbə sakinlərinin çoxsaylı müraciətlərinə əsasən kəskin qəzalı vəziyyətdə olan Mehmandarov 17, 19 və Mədəniyyət 28 saylı binaların sakinləri ümumi razılaşma əsasında kirayə köçürülmüş və tikiləcək binada öz mənzillərinin sahəsindən artıq sahə və əvvəlki halından fərqli olaraq müasir və tam təmirli mənzillərin verilməsi nəzərə alınmışdır. Hal-hazırda Mədəniyyət 28 və Mehmandarov 17, 19 nömrəli binaların yerində inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının inşası başa çatdırılıb, mənzillər bütün yaşayış standartlarına uyğun təmir olunub və Mehmandarov 17, 19 və Mədəniyyət 28 sakinləri öz mənzillərinə köçürülüblər. Mehmandarov 12 saylı binanın sakinlərinə də ümumi razılaşmaya əsasən Mehmandarov 17, 19 saylı binalarda mənzillər verilmiş və artıq onlar da öz təmirli mənzillərinə köçmüşlər. Bütün bunlarla yanaşı, Rayon Məşğulluq İdarəsi qəsəbədəişsizliyin aradan qaldırılması, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görmüşdür. Belə ki, iş üçün müraciət edən 568 nəfərdən 214 nəfəri işlə təmin olunmuş, 33 nəfər isə peşə kursuna cəlb edilmişdir.
Hesabat ili ərzində Bakıxanov qəsəbə nümayəndəliyinə Rayon İcra Hakimiyyətindən 119, digər təşkilatlardan 19, vətəndaşlardan isə 27 məktub, ərizə və müraciət daxil olmuşdur. Edilən müraciətlər “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanuna əsasən nəzərdə tutulmuş müddətdə cavablanmışdır. Qəsəbə nümayəndəliyinə verilən tapşırıqların yerinə yetirilməsi və qaldırılan problemlərlə bağlı Rayon İcra Hakimiyyəti vədigər təşkilatlara 165 məktub göndərilmişdir. Qəsəbə nümayəndəliyi il ərzində vətəndaşlarla görüşlər təşkil etmiş, qəsəbə nümayəndəsi tərəfindən 172 nəfər, müavin tərəfindən 37 nəfər qəbul edilmiş, onların arzu və istəkləri nəzərə alınaraq qaldırılan məsələlərə həssaslıqla yanaşılmış və məsələlərin həlli istiqamətində müvafiq işlər görülmüşdür.
Daha sonra Bakıxanov Bələdiyyəsinin sədri Ramis Nəsibov 2018-ci il ərzində bələdiyyə tərəfindən görülmüş işlər barədə geniş məlumat verdi.
Hesabat iclasının sonunda qəsəbə sakinlərinin də fikir və təklifləri dinlənildi və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verildi.