Sabunçu rayonunda “2 fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş II Sabunçu Gənclər Forumu keçirildi
30 yanvar 2019 | 20:00
31.01.2019-cu il tarixdə Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə Sabunçu Gənclər Evində “2 fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş II Sabunçu Gənclər Forumu keçirildi.
Forumda Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Sabunçu rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu Gənclər Evinin direktoru Rəvanə Həşimova,Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş şöbəsinin müdiri Zamin Əhmədov,RİHB aparatının əməkdaşları, tələbələr, müxtəlif sahələrdə çalışan gənclər, YAP fəalları, ASAN könüllüləri və digərləri iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Tədbirin rəsmi hissəsini açıq elan edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova bildirdi ki, Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.
Çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkə gənclərinin idmanla məşğul olmalarını da vacib amil hesab edirdi O, eyni zamanda idmançıların beynəlxalq yarışlarda, dünya çempionatlarında iştirakına və idmançıların dövlət qayğısı ilə əhatə olunmasına xüsusi diqqət ayırmışdır. Gənclərin idmana cəlb olunması üçün Bakıda, Naxçıvanda, Gəncədə Olimpiya İdman Kompleksləri istifadəyə verilib. Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır.
Çıxış edən YAP Sabunçu rayon Təşkilatının sədri Mehriban Abasquliyevavə Sabunçu Gənclər Evinin direktoru Rəvanə Həşimova çıxış edərək bildirdilər ki, Prezident Heydər Əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak edib.
Rəsmi hissə başa çatdıqdan sonra II Sabunçu Gənclər Forumunun ikinci hissəsində müxtəlif sahələrdə uğur qazanmış gənclər Misirxan Həsənov, Ləman Rəhmanlı və İnqilab Şahbazov öz uğur sirlərini gənclərlə bölüşdülər. Daha sonra spikerlər gəncləri maraqlandıran sualları cavablandırdılar.
Sonda qonaqlara Sabunçu Gənclər Evi tərəfindən təşəkkürnamələr təqdim olundu və xatirə şəkli çəkildi.
Forumun sonunda gənc spikerlər “Uğurun əl izi” adlı guşədə əl izləriylə imzalarını həkk etdilər.
Tədbirin qeyri-rəsmi hissəsi gənclər üçün təşkil edilən əyləncəli şənlik ilə başa çatdı.