Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Qadın sahibkarlığının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilmişdir

06 fevral 2019 | 20:00
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ilə birlikdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Bakı nümayəndəliyinin dəstəyi ilə maliyyələşən “Kiçik Sahibkarlığın İnkişafına Dəstək” adlı layihə çərçivəsində “Qadın sahibkarlığının inkişaf etdirilməsi” mövzusunda müxtəlif peşələr üzrə bilik və bacarıqları olan və bu bacarıqdan istifadə edib öz biznesini qurmaq istəyən qadınlar üçün təlimlər təşkil olunur.
Növbəti təlim 06-07 fevral 2019-cu il tarixlərdə Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə “Sabunçu Gənclər Evi”ndə rayonda sahibkarlıq fəaliyyətini inkişaf etdirmək istəyən qadınlar üçün keçirilmişdir.
İki günlük təlimdərayon üzrə 25 müxtəlif peşələr üzrə bilik və bacarıqları olan və bu bacarıqdan istifadə edib öz biznesini qurmaq istəyən qadın iştirak etmişdir.Təlimçilər xanımlarda sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi və yeni biznesin yaradılmasına təkanın verilməsi barədə ətraflı məlumat verdilər. 
Layihə çərçivəsində təlimdə iştirak edən və biznes planlar hazırlayan qadınlar arasında kiçik qrant müsabiqəsinin keçirilməsi və qalib gələn qadınlara sahibkarlıq fəaliyyəti üçün maliyyə dəstəyinin (qrant) ayrılması nəzərdə tutulmuşdur.
Keçidlər