Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsinə başlanıldı

10 fevral 2019 | 20:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 2019-cu ilin fevral  ayının 12-dən may ayının 12-dək Sabunçu rayonunda da əhalinin növbəti tibbi müayinəsi aparılacaqdır. Bu məqsədlə 11.02.2019-cu il tarixdə Kürdəxanı Sağlamlıq Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, rayon üzrə tibbi müayinənin keçiriləcəyi səhiyyə müəssisələrinin baş həkimləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri və Bələdiyyə sədrlərinin iştirakı ilə iclas keçirildi.
İclasda çıxış edən R.Fərəcova bildirdi ki, əhali arasında keçiriləcək profilaktik tibbi müayinələr patoloji halların və müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyır.Qeyd olundu ki, bu mühüm layihənin yüksək səviyyədə keçirilməsi üçün Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən əhali arasında izahat-maarifləndirmə işi aparılmaqla vətəndaşların əhatəli şəkildə tibbi müayinəyə cəlb olunmasınəzərdə tutulmuşdur.
Daha sonra R.Fərəcova rayon üzrə tibbi müayinənin keçiriləcəyi səhiyyə müəssisələrinin cari vəziyyəti ilə maraqlandı və Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri və Bələdiyyə sədrlərinə ictimai yerlərdə, müxtəlif müəssisələrdə, ictimai nəqliyyat vasitələrində və s.tibbi müayinə ilə bağlı məlumat xarakterli elan lövhələrinin vurulması və əhali arasında maarifləndirmə işlərinin sıx aparılması ilə bağlı tövsiyələrini verdi.
Keçidlər