Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir

11 fevral 2019 | 20:00
12.02.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsi 271 nömrəli tam orta məktəbin akt zalında “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov, Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Pərvin Abbasova, məktəbin şagird və müəllim heyəti və valideynlər iştirak edirdilər.
İlk olaraq məktəbin direktoru çıxış edərək tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verdi. Sonra tədbir iştirakçıları narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər.
Giriş sözü ilə tədbiri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov açaraq müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi istiqamətində ölkədə həyata keçirilən islahatlar və Dövlət Proqramından irəli gələn işlərin icra vəziyyəti barədə ətraflı  məlumat verdi.
Daha sonra Sabunçu Rayon Polis İdarəsinin azyaşlıların işləri üzrə bölmənin  rəisi Əli Babayev narkomaniyaya qarşı mübarizə üzrə hüquq-mühafizə orqanları tərəfindən  respublika miqyasında görülən işlər barədə geniş hesabatla çıxış etdi. Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Bakı şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Pərvin Abbasova öz çıxışlarında respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi üçün antinarkotik təbliğatın və maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən işlər barədə ətraflı danışdılar və gənc nəslin sağlamlığının qorunması istiqamətində məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyələr verdilər.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.
Keçidlər