Sabunçu rayonunda “Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində tədbir keçirilmişdir
13 fevral 2019 | 20:00
14.02.2019-cu il tarixdə “Beynəlxalq Kitab Bağışlama günü”ndə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Asudə Vaxt” Mərkəzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində tədbir keçirilmişdir.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkili Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu Gənclər Evinin direktoru Rəvanə Həşimova, Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nəcibə Hüseynova, Asudə Vaxt Mərkəzinin direktoru Vüsalə Kərimova, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin baş məsləhətçisi Sücayət Piriyeva, “Azərkitab-Kitab Təbliğatı” Mərkəzinin direktoru Misirxan Həsənov, gənc yazar Amin Sükut, məktəblilər, valideynlər və sakinlər iştirak edirdilər.
İlk olaraq qonaqlar “14 fevral - Beynəlxalq Kitab Bağışlama günü” ilə əlaqədar gətirdikləri hədiyyə kitabları hazırlanmış xüsusi guşədə yerləşdirərək “Ailə klubuna” üzvlük vəsiqəsi əldə etdilər. Bakıxanov qəsəbəsi 105 saylı uşaq bağçasının uşaqları tərəfindən nümayiş olunan xüsusi səhnəciklərə tamaşa edən qonaqlar geyimləri ilə müxtəlif nağıl qəhrəmanlarını xatırladan uşaqlarla söhbət etdilər.
“Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində rayonun tam orta məktəblərində keçirilən aylıq çərçivəsində şagirdlərin kitab və mütaliə ilə bağlı hazırladıqları maraqlı əl işlərini izləyən qonaqlar valideynləri ilə birlikdə asudə vaxtını kitabxanada keçirən məktəblilər, kitab ilə bağlı düşüncələrini öz fırçalarında rəngarəng əks etdirən həvəskar rəssamlarla tanış oldular.
Layihə çərçivəsində yaradılmış “İmza guşəsi”ndə öz kitabını balaca oxuculara imzalayaraq hədiyyə edən gənc uşaq yazarı Amin Sükut öz nağılları ilə uşaqları sevindirdi.
Daha sonra tədbir dəyirmi masa ətrafında davam etdirildi. Sabunçu qəsəbəsi 67 saylı tam orta məktəbin müəllimi Məleykə Muradova “Uşaqlarda mütaliə vərdişinin formalaşması” mövzusunda təqdimatla çıxış etdi.
Təqdimatdan sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova gələn qonaqları salamlayaraq qeyd etdi ki, “Ailəliklə kitabxanaya” layihəsi Azərbaycan ailələrində müasir düşüncəli və savadlı gənclərin yetişməsi və mənəvi dəyərlərin qorunması istiqamətində mühüm əhəmiyyət kəsb edən bir layihədir. Gənclərdə mənəvi zənginliyin formalaşmasında kitabın xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan R.Fərəcova kitab və mütaliəyə sevginin ailədə formalaşdığını vurğulayaraq gənclərdə mütaliə mədəniyyətinin formalaşmasında bu kimi layihələrin vacib olduğunu bildirdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək bildirdi ki, layihənin keçirilməsində məqsəd mütaliəyə maraq artırmaq, uşaqlara kitabı sevdirmək və ailəliklə mütaliə vərdişini formalaşdırmaqdır.
Millət vəkili Dilarə Cəbrayılova, Yeni Azərbaycan Partiyasının Sabunçu təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin baş məsləhətçisi Sücayət Piriyeva, “Azərkitab-Kitab Təbliğatı” Mərkəzinin direktoru Misirxan Həsənov və gənc yazar Amin Sükut “Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən söz açaraq bu layihənin ailədə mütaliə ənənəsinin təbliğində mühüm rol oynayacağını vurğuladılar.
Sonda qonaqlar xatirə şəkli çəkdirdilər.