Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda uşaq baxımsızlığı, uşaq əməyinin istismarı və uşaqların təhsildən yayınmasının qarşısının alınması istiqamətində təlim keçirilmişdir

18 fevral 2019 | 20:00
19.02.2019-cu il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin dəstəyi ilə Sabunçu Gənclər Evində uşaq baxımsızlığı, uşaq əməyinin istismarı və uşaqların təhsildən yayınmasının qarşısının alınması istiqamətində təlim keçirilmişdir.
Təlimdə Sabunçu, Pirallahı, Qaradağ, Xəzər, Suraxanı, Yasamal, Xətai, Nərimanov və Şuşa rayonlarınınyetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları və yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları iştirak etmişlər.
Təlimdə uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi və bu sahədə beynəlxalq təcrübə barədə məlumat verilmiş, problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə, həmçinin, uşaq əməyinin vəziyyətinə dair müzakirələr aparılmış və təkliflər dinlənilmişdir.
Keçidlər