Sabunçu rayonunda Xocalı soyqırımında həlak olmuş 63 uşağın xatirəsini yad etmək məqsədilə iməcilik keçirilmişdir
20 fevral 2019 | 20:00
26.02.2018-ci il tarixdə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsində Xocalı soyqırımında şəhid olan 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 həmişə yaşıl sərv ağacları əkilmişdir.
21.02.2019-cu il tarixdə isə Sabunçu rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması məqsədilə iməcilik keçirilmişdir.
Aksiyada Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, Sabunçu Rayon İcra Hakimiyyətinin “Biz birliyin rəmziyik” devizli könüllüləri və Bakıxanov qəsəbəsi 169 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olmaqla 100 nəfər iştirak etmişdir.
İməcilik zamanı ərazidə təmizləmə işləri aparılmış, ağaclara qulluq edilmiş,şəhid olan uşaqların adı, soyadı və yaşı əks olunan lövhələr təmizlənmiş və bərpa edilmişdir.