Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda tədbir keçirilib
24 fevral 2019 | 20:00
25.02.2019-cu il tarixdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda tədbir keçirilib.
Tədbir ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı soyqırımı haqqında geniş məlumat verilib.
Sonra qeyd edilib ki, 26.02.2018-ci il tarixdə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsində Xocalı soyqırımında şəhid olan 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 həmişə yaşıl sərv ağacları əkilib.
21.02.2019-cu il tarixdə isə Sabunçu rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması məqsədilə iməcilik keçirilib.
Məktəblilərin iştirakı ilə keçirilən iməcilik zamanı ərazidə təmizləmə işləri aparılıb, ağaclara qulluq edilib, şəhid olan uşaqların adı, soyadı və yaşı əks olunan lövhələr təmizlənib və bərpa edilib.
Daha sonra çıxış edən komitə sədri Hicran Hüseynova Xocalı faciəsinin dəhşətlərindən danışıb. Bildirilib ki, artıq 27 ildir biz xalqımıza qarşı törədilən ən dəhşətli cinayəti - Xocalı soyqırımını qeyd edirik. Bu soyqırımı erməni vandallarının Azərbaycan xalqının başına gətirdiyi ən dəhşətli cinayətlərdən biridir. Heç vaxt Cənubi Qafqazda dövləti olmayan ermənilər himayədarlar taparaq onların sayəsində əvvəlcə Azərbaycan ərazisində məskunlaşıb dədə-baba torpaqlarımızda Ermənistan adlı dövlət yaradıblar. Prezident İlham Əliyev daim qeyd edir ki, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirib, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib.
Doğma torpaqlarından didərgin salınan soydaşlarımıza dövlət qayğısından danışan komitə sədri qeyd edib ki, Azərbaycanda bu vətəndaşlarımızın yenidən cəmiyyətə inteqrasiyası üçün bütün imkanlar yaradılıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman belə həssas ailələrin sosial müdafiəsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məsələsini diqqətdə saxlayırlar. Lakin, əlbəttə ki, ən başlıca vəzifə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir.
İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova deyib ki, Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalan 613 soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirib, eyni zamanda, çoxsaylı əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulub. Bu faciə erməni terrorçularının və onların havadarlarının Azərbaycan xalqına qarşı illər boyu məqsədyönlü şəkildə davam etdirilən etnik təmizləmə və soyqırımı siyasətini bir daha təsdiq edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı şəhərinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin qəfil hücum etdiyini, mülki insanların xüsusi qəddarlıqla və amansızcasına öldürüldüyünü, bir qisminin ağır yaralandığını, əsir alınıb işgəncələrə məruz qoyulduğunu və itkin düşdüyünü xatırladıb. O, Xocalıda törədilən bu cinayətlərin Ermənistanın sistematik xarakter daşıyan zorakılıq siyasətinin bir hissəsi olduğunu, Xocalıdakı hadisələrin soyqırımı cinayəti kimi bütün dünyada tanınmalı olduğunu və beynəlxalq hüquq əsasında Ermənistanın və onun siyasi-hərbi rəhbərliyinin bu cinayətlərə görə məsuliyyət daşıdığını qeyd edib.
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova bildirib ki, bu soyqırımını törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla yanaşı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını da işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlının həyatına son qoyulub və torpaqlarımızın 20 faizi işğala məruz qalıb. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqları kobudcasına pozulub. Yalnız ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi elan edib.
Sonda “Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda inşa müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.