Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının iştirakı ilə “Açıq mikrafon” keçirilmişdir
14 mart 2019 | 20:00
15.03.2019-cu il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi 14/1 və 14/2 ünvanında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin iştirakı ilə “Açıq mikrafon” keçirilmişdir.
Qəsəbə sakinləri ilə görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
Sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyəti başçısına müraciətlər etdilər. Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.