Sabunçu rayonunda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkası davam edir
15 mart 2019 | 20:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkənin bütün şəhər və rayonlarında mart ayının 2-dən etibarən hər həftənin şənbə və bazar günləri Novruz yarmarkaları keçirilir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əhalinin tələbatı nəzərə alınaraq kənd təsərrüfatı məhsullarının satış yarmarkası Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 72 saylı binanın qarşısındakı ərazidə təşkil olunur.
Sabunçu rayonunda təşkil edilən yarmarkada Daşkəsən, Saatlı və Xızı rayonlarından olan fermerlər və ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını ucuz qiymətlərə təklif edir.
Yarmarkanın Novruz bayramı ərəfəsində rayon əhalisinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasında böyük rol oynadığı ilk günlərdən özünü göstərmişdir.
16.03.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasında sektor müdiri Tağı Tağıyev və Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri təşkil olunmuş yarmarkada iştirak edərək satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olmuş, onların fikirlərini dinləmişlər. Rayon sakinləri Novruz bayramı ərəfəsində bu cür yarmarkaların təşkilində göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə dərin təşəkkürlərini bildirərək yarmarkaya çıxarılmış kənd təsərrüfatı və emal müəssisələri məhsullarının çeşidləri, keyfiyyəti və qiymətlərin ucuzluğu barədə razılıqlarını bildirmişlər.