“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici 11-ci tur-aksiya çərçivəsində naxçıvanlı məktəblilər Bakı Olimpiya Stadionu ilə tanış olublar
16 mart 2019 | 20:00
17.03.2019-cu il tarixdə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində naxçıvanlı məktəblilər Sabunçu rayonunda yerləşən Bakı Olimpiya Stadionu ilə tanış olublar.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova tur-aksiya iştirakçılarını salamlayaraq onları Novruz bayramı münasibətilə təbrik edib. R.Fərəcova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq həyata keçirilən bu möhtəşəm layihə gənc nəslin vətənpərvər ruhda tərbiyə alması, ölkəmizin dilbər guşələrini qarış-qarış gəzərək onun tarixi, mədəniyyəti, adət və ənənələrini daha dərindən mənimsəməsinə xidmət edir.
Daha sonra məktəblilərə bu möhtəşəm idman qurğusu barədə ətraflı məlumat verilib. Bildirilib ki, stadionun tikintisinə 2011-ci il iyunun 6-da başlanılıb. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri məhz bu arenada təşkil olunub. Avropa Oyunlarının proqramına daxil olan atletika yarışları da bu stadionda keçirilib. Məktəblilərin diqqətinə çatdırılıb ki, bu ilin mayında futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması da Bakı Olimpiya Stadionunda keçiriləcək. 2020-ci ildə təşkil olunacaq futbol üzrə növbəti Avropa çempionatının final mərhələsinin bir neçə görüşü də bu möhtəşəm idman arenasında oynanılacaq.
Qeyd olunub ki, müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilən Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutur. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Təxminən 50 hektar ərazini əhatə edən stadion 6 mərtəbədən ibarətdir. Əsas və köməkçi stadionlardan ibarət olan arenada VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. Olimpiya normativlərinə əsasən, ərazidə 3100 yerlik avtomobil parkı inşa edilib. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Arenanın layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir.Naxçıvanlı məktəblilər Bakı Olimpiya Stadionu ilə tanışlıqdan xoş təəssüratla ayrılıblar.