Sabunçu rayonu 28 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib
16 mart 2019 | 20:00
17.03.2019-cu il tarixdə Sabunçu rayonu Maştağa qəsəbəsində fəaliyyət göstərən 28 nömrəli tam orta məktəbdə Bakı Şəhər Təhsil İdarəsinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətini dəstəyi ilə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.
Tədbirdə Bakı Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, idarənin müvafiq struktur bölmə rəhbərləri, Sabunçu RİH-in əməkdaşları, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər və rayon sakinləri iştirak ediblər.
Tədbir xalqımızın qədim tarixini, milli adət və ənənələrini gənc nəslə daha yaxından tanıtmaq, təbliğ etmək məqsədilə təşkil edilib.
Bakı Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevtədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib və bu bayramın qədimdən bəri xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini dünyaya tanıtdırdığını bildirib. İdarə müdiri Novruzun sülh və əmin-amanlığın təmin olunması və insanlar arasında birlik və mehribanlığın nişanəsi olduğunu qeyd edib.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna FərəcovaAzərbaycanda bu bayramın çox qədim zamanlardan əsl milli bayram kimi qeyd edildiyini, bolluq və bərəkət, xeyirxahlığın təcəssümü olduğunu vurğulayaraq bu möhtəşəm tədbirin məhz 28 nömrəli tam orta məktəbdə keçirilməsinin qəsəbə sakinləri üçün çox sevindirici bir hal olduğunu bildirib.
Tədbirdə çıxış edən qonaqlar xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə əziz tutduğu Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Bildirilib ki, zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur.
Bayram şənliyində Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları, Dədə Qorqud və Bahar qızının gəlişi, idmançıların, tarixi və kino personajlarının çıxışları tədbir iştirakçılarının marağına səbəb olub.
Tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar oxuyub, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib, yallı gedib və digər bacarıqlarını nümayiş etdiriblər.