Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “İlaxır Çərşənbə” təntənəli şəkildə qeyd olundu

18 mart 2019 | 20:00
   19.03.2019-cu il tarixdə Sabunçu rayonunda fəaliyyət göstərən 11 saylı İnteqrasiya təlimli internat məktəbinin həyətində “İlaxır Çərşənbə” təntənəli şəkildə qeyd edildi.
Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti  başçısı Aparatının məsul işçiləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri və Nardaran, Kürdəxanı və Pirşağı qəsəbələrinin sakinləri iştirak edirdilər.
Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısının I müavini Güloğlan Məmmədov tədbirdə çıxış edərək şənlik iştirakçılarını salamladı, onları baharın gəlişi, “İlaxır Çərşənbə” münasibəti ilə təbrik etdi və sülh və əmin-amanlıqla dolu bir il arzuladı. G.Məmmədov Novruz bayramının əsrlərin sınağından çıxan, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan, insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsini təcəssüm etdirən bir bayram olduğunu qeyd edərək Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun davamçısı Prezident cənab İlham Əliyevin xidmətləri sayəsində xalqımızın  milli-mənəvi dəyərləri və adət-ənənələrinin qorunub saxlanıldığı və daha da inkişaf etdirildiyini vurğuladı. Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısının I müavini Güloğlan Məmmədov ənənəvi olaraq çərşənbə tonqalını yandırdıqdan sonra Nardaran, Kürdəxanı və Pirşağı qəsəbələrində fəaliyyət göstərən tam orta məktəblər, musiqi məktəbləri və mədəniyyət evlərinin istedadlı ifaçıları və rəqs qrupları bayram əhval-ruhiyyəli proqramla tədbir iştirakçılarını sevindirdilər.  Novruz personajları Kosa və Keçəlin mərasimə gəlməsi isə bayram tədbirinə rəng qatdı. Keçəl və Kosa çıxışlarının sonunda Bahar qızını mərasimə dəvət etdilər. Çıxışlarda Novruz bayramına aid bayatı, şeir və musiqilər səsləndirildi
.
Keçidlər