Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Novruz bayramı münasibətilə şənliklər davam edir

19 mart 2019 | 20:00
20.03.2019-cu il tarixdə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə şənlik keçirildi.
Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev, millət vəkili Eldar Quliyev, Sabunçu  Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti  başçısı Aparatının məsul işçiləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri və Maştağa qəsəbəsinin sakinləri iştirak edirdilər.
Sabunçu  Rayon İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev tədbirdə çıxış edərək qəsəbə sakinlərini salamladı və onları Novruz bayramı münasibəti ilə təbrik edərək qeyd etdi ki, milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də çox sevilir, uca tutulur və layiqincə qorunub yaşadılır.  Novruz bayramının ümumxalq bayramı olduğunu bildirən A.Vəliyev  vurğuladı ki, ölkə prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın ən müxtəlif sahələrdə nail olduğu misilsiz nailiyyətlər bu bahar günlərində hər evə, hər ailəyə həqiqi bayram əhvalı bəxş etmişdir. 
Sabunçu  Rayon İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev ənənəvi olaraq bayram tonqalını yandırdıqdan sonra Maştağa qəsəbəsində fəaliyyət göstərən tam orta məktəblər, musiqi məktəbi və mədəniyyət mərkəzinin istedadlı ifaçıları və rəqs qrupları bayram əhval-ruhiyyəli proqramla tədbir iştirakçılarını sevindirdilər.  Novruz personajları Kosa və Keçəlin mərasimə gəlməsi isə bayram tədbirinə rəng qatdı. Keçəl və Kosa çıxışlarının sonunda Bahar qızını mərasimə dəvət etdilər. Çıxışlarda Novruz bayramına aid bayatı, şeir və musiqilər səsləndirildi.
Keçidlər