Sabunçu rayonunda “Bahar necə yaraşır Azərbaycana!” adlı təntənəli Novruz şənliyi keçirildi
20 mart 2019 | 20:00
21.03.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda “Bahar necə yaraşır Azərbaycana!” adlı təntənəli Novruz şənliyi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, millət vəkili Dilarə Cəbrayılova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bütün xidmət sahələrinin rəisləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri və rayon sakinləri iştirak edirdilər.
İlk olaraq Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev qonaqlarda birlikdə rayonun tam orta məktəbləri, 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzi, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi, Sabunçu Gənclər Evi və Azərkitab-Kitab Təbliğatı Mərkəzi tərəfindən hazırlanmış rəngarəng guşələrlə tanış olaraq məktəblilərin ifasında bayram əhval-ruhiyyəli çıxışları dinlədi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev ənənəvi olaraq bayram tonqalını yandırdıqdan sonra qəsəbə sakinlərini salamladı və onları Novruz bayramı münasibəti ilə təbrik edərək qeyd etdi ki, milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də çox sevilir, uca tutulur və layiqincə qorunub yaşadılır. Novruz bayramının ümumxalq bayramı olduğunu bildirən A.Vəliyev vurğuladı ki, ölkə prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın ən müxtəlif sahələrdə nail olduğu misilsiz nailiyyətlər bu bahar günlərində hər evə, hər ailəyə həqiqi bayram əhvalı bəxş etmişdir.
Tədbirin bədii hissəsində Sabunçu rayonunda fəaliyyət göstərən mədəniyyət evləri və musiqi məktəblərinin istedadlı ifaçıları və rəqs qrupları bayram əhval-ruhiyyəli zəngin proqramla tədbir iştirakçılarını sevindirdilər. Novruz personajları olan Kosa və Keçəl isə bayram tədbirinə daha da rəng qatdı.
Təntənəli Novruz şənliyi qəsəbə sakinlərinə xoş əhval-ruhiyyə bəxş etdi.