Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici 11-ci tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasına yola düşdülər

22 mart 2019 | 20:00
  23.03.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında “Ölkəmizi tanıyaq” maarifləndirici 11-ci tur-aksiya çərçivəsində  Sabunçu rayonundan 27 məktəbli və 3 nümayəndə olmaqla 30 nəfərlik heyətin Naxçıvan Muxtar Respublikasına yolasalma mərasimi keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin  başçısı cənab Adil Vəliyev, Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, “Ölkəmizi tanıyaq” maarifləndirici 11-ci tur-aksiya iştirakçıları, nümayəndə heyəti və valideynlər iştirak edirdilər.
  Çıxış edən Rəna Fərəcova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin gənc nəslin vətənpərvərlik ruhda tərbiyə olunmasında mühüm rol oynadığını qeyd edərək 11-ci tur-aksiyada iştirak hüququ qazanmış Sabunçu məktəblilərini təbrik etdi və onlara bu səfərdə müvəffəqiyyətlər  arzuladı.
  Daha sonra çıxış edən valideynlər və məktəblilər “Ölkəmizi tanıyaq” layihəsinin uğurla təşkili üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Sonra 11-ci tur-aksiya iştirakçıları xüsusi ayrılmış avtobusla Heydər Əliyev Beynəlxalq Hava Limanına yola düşdülər.
 
Keçidlər