Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə Novruz bayramı münasibətilə konsert təşkil edildi

25 mart 2019 | 20:00
  26.03.2019-cu il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi 14/1 və 14/2 ünvanında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə konsert təşkil edildi.
  Konsertdə ifaçılar və rəqs qrupları bayram əhval-ruhiyyəli proqramla qəsəbə sakinlərində xoş ovqat yaratdılar. Novruz personajları olan Kosa və Keçəlin rəngarəng və əyləncəli çıxışları isə uşaqları daha da sevindirdi.
 
Keçidlər