Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” maarifləndirici 11-ci tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Sabunçu məktəbliləri paytaxta geri döndülər

25 mart 2019 | 20:00
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici 11-ci tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Sabunçu məktəbliləri 26.03.2019-cu il tarixdə paytaxta geri döndülər.
  Dörd günlük səfərdə olan Sabunçu rayon məktəblilərini Heydər Əliyev Beynəlxalq Hava Limanının gözləmə zalında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov qarşıladılar. Aksiya iştirakçıları onlar  üçün ayrılmış xüsusi avtobusla Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gələrək valideynləri ilə görüşdülər.
  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Naxçıvan Muxtar Respublikasından qayıdan  tur-aksiya iştirakçıları və valideynlərini ilə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında görüşərək şagirdlərin tur-aksiya haqqında təəssüratlarını öyrəndi. Məktəblilər onlar üçün yaradılmış şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
 
Keçidlər