Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “31 mart -Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirildi

29 mart 2019 | 20:00
   30.03.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, müavinlər Rəna Fərəcova, Avtandil Hüseyn-zadə, xidmət sahələrinin rəisləri, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə və digər müəssisələrin rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
   Tədbir “31 mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş videoçarxın nümayişi ilə başlandı.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev bildirdi ki, bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. A.Vəliyev qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” kimi dövlət səviyyəsində qeyd edilir.
   Daha sonra çıxış edən Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 271 saylı tam orta məktəbin direktoru Səməndər Məmmədov tarixin qanlı səhifələrinə iz qoyan faciələrdə azərbaycanlıların nümayiş etdirdiyi qəhrəmanlıq nümunələrindən söz açdı.
Keçidlər