Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası davam edir

30 mart 2019 | 20:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Sabunçu rayonunda da Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 72 saylı binanın qarşısındakı ərazidəhər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilir.
Sabunçu rayonunda təşkil edilən yarmarkada Daşkəsən, Saatlı, Xızı, Lerik və Samux rayonlarından olan fermerlər və ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını ucuz qiymətlərə təklif edir.
Yarmarka rayon əhalisinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasında böyük rol oynayır.
30.03.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasında sektor müdiri Tağı Tağıyev və Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə təşkil olunmuş yarmarkada iştirak edərək satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olmuş, onların fikirlərini dinləmişlər. Rayon sakinləri bu cür yarmarkaların təşkilində göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildirərək yarmarkaya çıxarılmış kənd təsərrüfatı və emal müəssisələri məhsullarının çeşidləri, keyfiyyəti və qiymətlərin ucuzluğu barədə razılıqlarını bildirmişlər.

Keçidlər