Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon tam orta məktəbləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda müsabiqənin növbəti mərhələsi keçirildi

31 mart 2019 | 20:00
01.04.2019-cu il tarixdə Bakıxanov qəsəbəsində yerləşən 72 nömrəli tam orta məktəb-liseydə Sabunçu rayon tam orta məktəbləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin növbəti mərhələsi baş tutdu.
Müsabiqədə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ülviyyə Rufullayeva, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən tam orta məktəblərin direktorları və müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanmış məktəblilər iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov çıxış edərək bildirdi ki, Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi gənclərdə Azərbaycanın tarixi, mədəniyyəti və tarixi şəxsiyyətlərinə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaqdır. Müsabiqənin şərtləri barədə geniş məlumat verən Ə.Teymurov bildirdi ki, şagirdlər təyin olunmuş müddət ərzində seçilmiş mövzular üzrə referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə etdilər. Təqdim olunmuş 205 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilmişdir. Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilmişdir.
Sonra çıxış edən Komissiya üzvləri referatların seçim prosesi barədə ümumi məlumat verdilər. 
Daha sonra xüsusi Komissiya tərəfindən referatları seçilən məktəblilər təqdimatla çıxış edərək işlərini təqdim etdilər. Nəticədə, ən yaxşı 5 referat seçilərək Sabunçu rayonu və Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda iştirak hüququ qazandılar.
Keçidlər