Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirildi

02 aprel 2019 | 20:00
 
  03.04.2019-cu il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirildi.
  Konfransda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən tam orta məktəblərin direktorları, müsabiqədə iştirak edən bütün məktəblilər, elmi rəhbərlər və Sabunçu rayon İcra Hakimiyyətinin “Biz birliyin rəmziyik” devizli könüllüləri iştirak edirdilər.
  İlk olaraq tədbir Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başlandı.
  Daha sonra Bakı Gənclər Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və eksponatlardan ibarət H.Əliyev muzeyinə baxış keçirildi.
  Konfransı açıq elan edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verərək qeyd etdi ki, rayon üzrə məktəblilər təyin olunmuş müddət ərzində seçilmiş mövzulara uyğun referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə etmişlər. Təqdim olunmuş 205 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilmişdir. Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilmişdir. Müsabiqənin növbəti mərhələsində isə Komissiya üzvləri və elmi rəhbərlərin iştirakı ilə məktəblilərin çıxışları dinlənilmiş və xüsusi tədqiqat bacarığı ilə seçilən 5 məktəbli Sabunçu rayonu və Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda iştirak hüququ qazanmışdır.
  Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək bildirdi ki, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin məqsədi gənclərdə Azərbaycanın tarixi, mədəniyyəti və tarixi şəxsiyyətlərinə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaqdır.
  Sonra çıxış edən Komissiya üzvü, Sabunçu rayonu Bakıxanov qəsəbəsi 310 nömrəli tam orta məktəbin tarix müəllimi Rafiq Məmmədov referatların seçim prosesi barədə ümumi məlumat verdi.
  Daha sonra xüsusi Komissiya tərəfindən referatları seçilən məktəblilər Maştağa qəsəbəsi 187 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Kazımova Çimnaz Rahib qızı “Xürrəmilər hərəkatı  - Babək”, Zabrat qəsəbəsi 71 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Həsənova Lalə Abdulla qızı “Azərbaycan Bayandur dövləti”, Bakıxanov qəsəbəsi 252 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədova Solmaz Rafiq qızı “Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalı – Gülüstan və Türmənçay müqavilələri”, Zabrat qəsəbəsi  307 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Əliyeva Gülxanım Seyidqurban qızı “ XX əsrin əvvəlləri Azərbaycan mədəniyyəti” və Sabunçu qəsəbəsi 170 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Əliyeva Səma Camal qızı “Ermənistanın Azərbaycana təcavüzü – Xocalı faciəsi” adlı mövzular üzrə təqdimatla çıxış edərək elmi işlərini təqdim etdilər.
  Sonda Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilərə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu.
 
Keçidlər