Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda məskunlaşmış Xocalı sakinlərinə ehsan süfrəsi təşkil olunmuşdur

25 fevral 2014 | 20:00

Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Sabunçu rayonunda  keçirilən silsilə tədbirlər sırasında 25 fevral 2014-cü il tarixində Rayon İcra Hakimiyyəti tərəfindən xocalıların əziz xatirəsinə dərin hörmət və ehtiram olaraq rayonun Pirşağı qəsəbəsinin “Qızıl qum” sanatoriyasında müvəqqəti məskunlaşmış 250 nəfər xocalı sakininə  «Abşeron» şadlıq evində ehsan verilmişdir. 
İştirakçıların qarşısında çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Xocalı soyqırımı zamanı şəhid olmuş insanların ailələrinə başsağlığı verdi və bildirdi ki, amansızlığı ilə fərqlənən Xocalı qətliamı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir.  Qeyd olundu ki,  ölkə rəhbəri cənab  İlham Əliyevin diqqət və qayğısı nəticəsində məcburi köçkünlərin həyat şəraiti gündən-günə yaxşılaşır və şübhəsiz ki, Ali Baş Komandanın başçılığı ilə işğal altında olan torpaqlarımızı son zərrəsinə qədər qaytaracaq günümüz yaxındadır.                                                                                                                                                 
Mərasimdə din xadimləri xocalı sakinlərinin əziz xatirəsinə müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələr və yasin surəsini oxumuşlar.    
Sonda Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Xocalı köçkünlərinin qəbulu keçirilmişdir.

Keçidlər