Sabunçu rayonunun Bakıxanov qəsəbəsində abadlıq – quruculuq işləri davam etdirilir
14 aprel 2019 | 20:00
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2019-cu ilin yanvar, fevral və mart ayları ərzində abadlıq-quruculuq işləri uğurla davam etdirilmişdir.
Qəsəbənin S.Mehmandarov və S.Qocayev küçələrində yollaruzun illər istismar olunduğundan və yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən yol boyu təmir-tikinti işləri aparılmışdır. Belə ki, layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınmış, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılmış, zəruri ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri görülmüş, bunun üçün yol kənarında olan səki daşları sökülmüş, daha sonra əks-dolğu aparılaraq kipləşdirmə işləri aparılmışdır. Əks-dolğu işlərinin aparıldığı ərazilər isə hamarlayıcı lay asfalt-beton örtüyü döşənməklə profilə salınmışdır. Bunun ardınca tikinti norma və qaydalarına əsasən asfaltlanma işlərinə başlanılmışdır Avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənmişdir.
Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada bərpa olunmuş, yol boyu köhnə səki daşları yenisi ilə əvəz edilmişdir. Ümumilkdə isə təmir-tikinti işləri çərçivəsində yol boyu tam yeni və müasir yol infrastrukturu yaradılmışdır.
Tikinti norma və standartlarına uyğun olaraq təmir-tikinti işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə isə yol boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilmiş və zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılmışdır.