Sabunçu rayonunun Ramana qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir
16 aprel 2019 | 20:00
Sabunçu rayonunun Ramana qəsəbəsində 2019-cu ilin yanvar, fevral və mart ayları ərzində Ramana qəsəbə nümayəndəliyi və Ramana bələdiyyəsi tərəfindən abadlıq-quruculuq işləri uğurla davam etdirilmişdir.
Belə ki, qəsəbənin Südçülük sovxozu adlanan ərazisində, Hüseyn Cavid və Elşən Məhərrəmov küçələrində yığılmış qrunt suları xüsusi texnika ilə çəkilərək təmizlənmiş və məhəllədaxili yolun 600 kv. m hissəsinə 10-15 sm qalınlıqda karbonat qatı tökülərək xüsusi texnika vasitəsilə hamarlanmışdır.
Ramana qəsəbə qəbirstanlığına qrunt sularının yığışmasının qarşısını almaq məqsədilə mövcud kanal təmizlənmiş və qəbirstanlıq ətrafı boyu 350 m uzunluğunda xüsusi texnika ilə yeni kanal qazılmaqla yığılmış suyun səviyyəsi minimuma endirilmişdir.