Sabunçu rayonu Mərkəzi Kitabxanasında Xocalı soyqırımına həsr olunmuş dəyirmi masa keçirildi
Fevral ayının 22-də Sabunçu rayonu Mərkəzi Kitabxanasında Xocalı Soyqırımının 22-ci ildönümü ilə əlaqədar "Unudulmayan əsrin faciəsi" adlı dəyirmi masa keçirıldi.
İlk öncə tədbir iştirakçıları Azərbaycan xalqına qarşı amansız şəkildə törədilən Xocalı qətliamına həsr olunmuş kitab, jurnal və qəzet məqalələrindən ibarət sərgiyə baxdılar. Tədbiri giriş sözü ilə açan Sabunçu rayon MKS-nin direktoru Nəcibə Hüseynova bildirdi ki, tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı. Sonra Sabunçu rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Atəş Verdiyev, tarix üzrə fəlsəfə doktoru, AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, Xocalı şəhər sakini, Müharibə Veteranı, Xocalı Soyqırımı Tanıtma İctimai Birliyi İdarə Heyətinin üzvü Xəlil Vəliyev, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin məsul işçisi Səbinə Məmmədova çıxışlarında qeyd etdilər ki, 22 il bundan öncə erməni şovinistləri tərəfindən törədilən Xocalı faciəsi Azərbaycan xalqının yaddaşına qanla yazıdı. Bildirildi ki, Xocalı soyqırımının ağrılarını bizdən götürülə bilməz, çünki bu faciə Azərbaycan xalqının sağalmaz, dəhşətli yarasıdır
Tədbirdə həmçinin Bakı şəhər MKS direktorları, Sabunçu rayon MKS-nin filial müdirləri, müəllimlər, kitabxananın oxucuları və işçiləri iştirak etdi. Hər bir iştirakçıya yaddaş olaraq Xocalı Soyqırımı məlumatları, fotoşəkilləri özündə əks etdirən bukletlər paylanıldı.
-Dəyirmi masanın sonunda kitabxananın fəal oxucuları "Xocalı qan yaddaşımız" adlı bədii kompozisiya ilə çıxış etdilər.