Sabunçu rayonunda “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilmişdir
16 aprel 2019 | 20:00
17.04.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, daxili xidmət polkovniki Elnur Qasımov, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqə və təbliğat şöbəsinin əməkdaşları, Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Oruc Əhmədov, Təcili Tibbi Yardım Stansiyasının Sabunçu rayon ərazisində fəaliyyət göstərən Stansiyalarının baş həkimləri, Sabunçu Rayon Polis İdarəsi və Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, dəniz kənarında fəaliyyət göstərən müəssisələrin sahibləri, iş adamları və aidiyyatı dövlət qurumlarının nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov çimərlik mövsümünün başlanması ilə əlaqədar rayon ərazisində fəliyyət göstərən dəniz kənarındakı iaşə və istirahət obyektlərinin mövcud vəziyyəti və istirahətə gələn vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində aidiyyəti dövlət qurumları, o cümlədən, FHN-nin əlaqədar bölmələrinin gördüyü işlər, sahibkarların üzərinə düşən vəzifə və öhdəliklər, həmçinin, çimərlikdə yaradılan şərait barədə ətraflı məlumat verdi.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqə və təbliğat şöbəsinin rəisi, daxili xidmət kapitanı Akşin Əlili “Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyəti”, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqə və təbliğat şöbəsinin baş məsləhətçisi Müvəssil Allahverdiyev “Rayon çimərliklərində aparılan monitorinqlərin nəticələri”, Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Oruc Əhmədov “Əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, 13 saylı Sabunçu Rayon Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının həkimi Ramilə Bayramova “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, Sabunçu Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Asəf Zülfüqarov “Dəniz suyunun təmizlik vəziyyəti” və Sabunçu Rayon Polis İdarəsinin nümayəndəsi Mahir Rəhimov isə “Çimərliklərdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti” mövzularında çıxış edərək müşavirədə iştirak edən iş adamlarını maraqlandıran suallara cavab verdilər.