Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Ağ ölümə yox deyirik!” adlı tədbir keçirildi

17 aprel 2019 | 20:00
  18.04.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Maştağa qəsəbəsi C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbin akt zalında “Ağ ölümə yox deyirik!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov, Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Respublika Narkoloji Dispanserinin baş həkimi Araz Manuçeri, valideynlər və məktəbin şagird və müəllim heyəti iştirak edirdilər.
  İlk olaraq məktəbin direktoru Nailə Məmmədova çıxış edərək  tədbirin məqsəd və əhəmiyyətindən danışıb gələn qonaqları təqdim etdi. Sonra tədbir iştirakçıları  narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər.
Giriş sözü ilə tədbiri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov açaraq, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları barədə məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan söz açan G.Məmmədov Dövlət Proqramından irəli gələn işlərin icra vəziyyətindən danışdı.
  Daha sonra çıxış edən Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Respublika Narkoloji Dispanserinin baş həkimi Araz Manuçeri öz çıxışlarında respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın və maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər və məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyələr verdilər.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.
 
Keçidlər