Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “İnzibati binaların, yaşayış evlərinin, mənzillərin icbari sığorta növü üzrə sığortalanması və icbari tibbi sığortanın həyata keçirilməsi” mövzusunda tədbir keçirildi

21 aprel 2019 | 20:00
  22.04.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və ASC “Standard İnsurance” Sığorta Şirkətinin birgə təşkilatçılığı ilə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında  “İnzibati binaların, yaşayış evlərinin, mənzillərin icbari sığorta növü üzrə sığortalanması və icbari tibbi sığortanın həyata keçirilməsi” mövzusunda tədbir keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, ASC “Standard İnsurance” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Anar Sadıxov, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikası Dövlət Sığorta və “Paşa” Sığorta Şirkətlərinin əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri,  rayonda fəaliyyət göstərən MTK-nın sədrləri, müəssisə, zavod və təşkilat rəhbərləri iştirak edirdilər.
  Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov inzibati binaların, yaşayış evlərinin, mənzillərin icbari sığorta növü üzrə sığortalanması üçün respublikada qəbul olunmuş hüquqi-normativ aktlar, sığortanın əhəmiyyəti, sığorta şirkətləri tərəfindən bu istiqamətdə həyata keçirilən islahatlar və icbari tibbi sığortanın məqsəd və mahiyyəti barədə ətraflı məlumat verdi.
  Daha sonra çıxış edən ASC “Standard İnsurance” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Anar Sadıxov da inzibati binaların, yaşayış evlərinin, mənzillərin icbari sığortaya cəlb olunması üçün maarifləndirmə işlərinin əhəmiyyəti və sığortalanan tikililərə sığorta şirkətləri tərəfindən göstərilən xidmətlərdən söz açaraq sahibkarlar, müəssisə və təşkilat rəhbərlərini maraqlandıran sualları cavablandırdı.
Keçidlər