Sabunçu rayonunda Çernobıl faciəsinin növbəti ildönümü qeyd olundu
23 aprel 2019 | 20:00
24.04.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbin akt zalında XX əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın 33-ü ildönümü ilə bağlı rayonda yaşayan Çernobıl əlilləri ilə görüş keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, Çernobıl Əlilləri Cəmiyyətinin Sabunçu Rayon Təşkilatının sədri Elxan Salmanov və Çernobıl Əlilləri Cəmiyyətinin Sabunçu Rayon Təşkilatının 70 nəfər üzvü iştirak edirdilər.
İlk olaraq Çernobıl qəzasında həlak olmuş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, bu qəzanın ağır nəticələrinin aradan qaldırılması işlərində 7 mindən artıq Azərbaycan vətəndaşı xüsusi fədakarlıq göstərmişdir. Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi Sərəncam imzalamış və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artmışdır. Bu qayğı Prezident cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısının təşəbbüsü ilə faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılmış və onların sosial müdafiəsi gücləndirilmişdir.
Çernobıl Əlilləri Cəmiyyətinin Sabunçu Rayon Təşkilatının sədri Elxan Salmanov öz çıxışında Çernobıl qəzasında sağlamlıqlarını itirmiş insanların rifahının yaxşılaşdırılması məsələsinin Prezident cənab İlham Əliyevin yürütdüyü sosial siyasətin prioritetlərindən biri olduğunu vurğulayaraq bugün Çernobıl əlillərinin cəmiyyətdə fəal vətəndaşlıq mövqeyi nümayiş etdirdiklərini qeyd etdi.
Daha sonra çıxış edən cəmiyyətin üzvləri cənab Prezidentə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Cəmiyyətin 70 nəfər üzvünə maddi yardım göstərildi.