Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin iclası keçirilmişdir

25 aprel 2019 | 20:00
  26.04.2019-cu il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “ Sabunçu Gənclər Evi”ndə  Sabunçu Rayon İcra Hakimiyyətində məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin ilk iclası keçirilmişdir.
  Keçirilən tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, Sabunçu Rayon Məşğulluq Mərkəzinin direktoru Sərxan Həsənov, Dövlət Məşğulluq Xidmətinin Əmək Bazarının Təhlili və Statistika şöbəsinin müdiri İsa Həsənov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Siyasəti və Demoqrafiya şöbəsinin sektor müdiri, Respublika Əlaqələndirmə Komitəsinin koordinatoru Nərmin Zeynalova və Bakı şəhər Məşğulluq İdarəsinin rəis müavini Qurban Nəzirov iştirak edirdilər.
  Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov giriş sözü ilə çıxış edərək qonaqları salamlayıb keçirilən iclasın məqsəd və əhəmiyyətindən söz açdı. Rayon əhalisinin məşğulluğunu təmin etmək üçün Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verən Ə.Teymurov əhalinin məşğulluğunun təmin olunması istiqamətində rayonda məqsədyönlü işlərin görüldüyünü, yeni istehsal müəssisələr və sosial obyektlərin inşa olunduğunu və yeni iş yerlərinin yaradıldığını bildirdi. 
  Tədbirdə çıxış edən Sabunçu Rayon Məşğulluq Mərkəzinin direktoru Sərxan Həsənov Respublika Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın hazırlandığını və həmin planın icrasının səmərəliliyinin təmin olunması məqsədilə görülən işlər barədə ətraflı məlumat verdi.
  Dövlət Məşğulluq Xidmətinin Əmək Bazarının Təhlili və Statistika şöbəsinin müdiri İsa Həsənov Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyinin yerli icra hakimiyyəti orqanları ilə sıx əlaqəli formada çalışdıqlarını xüsusi qeyd etməklə yanaşı qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verdi.
  Əhalinin məşğulluğunun təmin oluması istiqamətində qarşıda duran vəzifələrdən söz açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Siyasəti və Demoqrafiya şöbəsinin sektor müdiri, Respublika Əlaqələndirmə Komitəsinin koordinatoru Nərmin Zeynalova əlaqələndirmə komitəsinin fəaliyyəti, məşğulluqla bağlı qəbul olunmuş hüquqi-normativ aktlar və işəgötürənlə işədüzələn arasında bağlanan əmək müqavilələrinin əhəmiyyətindən söz açdı.
  Mövzu ətrafında çıxış edən Bakı şəhər Məşğulluq İdarəsinin rəis müavini Qurban Nəzirov məşğulluqla bağlı məsələlərin rayonda daim diqqət mərkəzində saxlanıldığını vurğuladı və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən danışdı.
  İclasda mövzu ilə bağlı fikir mübadiləsi aparılmaqla yanaşı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Keçidlər