Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Şəxsiyyətin məhvinə aparan yollar” adlı maarifləndirici tədbir keçirildi

24 aprel 2019 | 20:00
25.04.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti vəSabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən “Sabunçu Gənclər Evi”ndə “Şəxsiyyətin məhvinə aparan yollar” adlı maarifləndirici tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın məsul katibi Ədalət Teymurov, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini Şaiq Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin  sektor müdiri Zamin Əhmədov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri, həkim-narkoloq Şəhla Mirzəzadə, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdvə müəllim heyəti və valideynlər iştirak edirdilər.
  İlk olaraq tədbir iştirakçıları narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər.
Giriş sözü ilə tədbiri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin  sektor müdiri Zamin Əhmədov açaraq müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları barədə ətraflı məlumat verdi.
Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan söz açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın məsul katibi Ədalət Teymurovnarkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən işlər barədə geniş danışdı.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri, həkim-narkoloq Şəhla Mirzəzadə narkomaniya və onun insan sağlamlığına vurduğu zərərlər, ailələrdə yol açdığı faciələr barədə ətraflı məlumat verdi.
Tədbirin sonunda narkomaniya ilə bağlı rayon ərazisində keçirilən maarifləndirici tədbirlərdə fəallıq göstərən bir qrup Sabunçu rayon məktəblilərinə Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr təqdim edildi.
Keçidlər