Sabunçu rayonunda VII Muğam müsabiqəsi keçirildi
29 aprel 2019 | 20:00
30.04.2019-cu il tarixdə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələri Bakının Sabunçu rayonunda yerləşən Bakı Gənclər Mərkəzində təşkil olunmuşdur.
Tədbirdə qonaq qismində Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, müavinlər Rəna Fərəcova, Avtandil Hüseyn-zadə, Milli Məclisin deputatları Dilarə Cəbrayılova, Fazil Mustafa, hüquq-mühafizə orqanlarınən rəhbərləri, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri və bələdiyyə sədrləri, xidmət sahələrinin rəisləri, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrin rəhbərləri və digər qonaqlar iştirak etmişdir.
Heydər Əliyev Fondu muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə 2005-ci ildən “Muğam televiziya müsabiqəsi” keçirir.
Birinci muğam müsabiqəsi 2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə keçirilib. Muğam sənətinin ən mahir bilicilərindən ibarət münsiflər heyəti Azərbaycanın bütün bölgələrindən 500-ə yaxın gənc ifaçını dinləmiş və onların içərisindən 20 iştirakçı seçmişlər. Noyabr ayının 21-dən başlanmış müsabiqənin gedişi birbaşa efirdə 100 saatdan artıq yayımlanmışdır.
Münsiflər heyətinin tərkibində xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi iştirak etmişdir.
6 iddiaçı ilə davam edən layihənin növbəti yayımında böyük söz ustadı Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığına müraciət edilib.
Müsabiqənin növbəti axşamında Şəhriyar poeziyasına bir daha qovuşmaq üçün onun Azərbaycan radiosunun “Qızıl fondu”nda qorunan, şairin özünün söylədiyi şeirlərdən ibarət qısa lent yazısı musiqili gecəyə xüsusi ovqat bəxş etdi.
Dinləmələr zamanı muğamları və xalq mahnılarını ürəkaçan ifasında daim dinləyicilərə sevdirmiş unudulmaz xanəndə, xalq artisti Tələt Qasımov sənəti də xatırlanıb. Onun Azərbaycan Televiziyasının “Qızıl fondu”nda saxlanılan gözəl ifası təqdim edilib. Sonra Bakı Gənclər Mərkəzinin səhnəsi bir-birindən istedadlı gənc xanəndələrin ixtiyarına verilib.
Onların ifası dəyərli münsiflər heyəti tərəfindən 10 bal sistem üzrə qiymətləndirilib. İki ildən bir keçirilən Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələri AzTV və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.