Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Heydər Əliyev və Dövlət Təhlükəsizlik Orqanları” mövzusunda tədbir keçirildi

07 may 2019 | 20:00
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti və  Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu Rayon İdarəsinin birgə təşkilatçılığı ilə Nardaran qəsəbəsi 295 saylı tam orta məktəbdə “Heydər Əliyev və Dövlət Təhlükəsizlik Orqanları” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Tuncay Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, Milli Məclisin deputatı Dilarə Cəbrayılova iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan D.Cəbrayılova Ulu öndərin həyat və ictimai fəaliyyətindən ətraflı danışdıqdan sonra sözü Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Tuncay Məmmədova verdi T.Məmmədov dahi şəxsiyyət H.Əliyevin Dövlət Təhlükəsizlik Xidmətindəki  fəaliyyətindən,  dövlət təhlükəsizliyi orqanlarında işləməyin ən şərəfli iş olmasında  ətraflı danışdı. Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov öz çıxışında müasir Azərbaycanın qurucusu Ulu öndər H.Əliyevin təhlükəsizlik xidmətində  çalışdığı zamanlarda vətənimiz, millətimiz üçün gördüyü misilsiz işlərdən, vətəndaş müharibəsi astanasında olan Azərbaycanda qardaş qırğının qarşısının alınmasında Ulu öndərin göstərdiyi cəsarətdən, azərbaycançılıq, dövlətçilik ənənəsini yaradan, yaşadan dahi şəxsiyyətin siyasi fəaliyyətindən, gənclərə verdiyi önəmdən söz açdı, ölkə rəhbəri İlham Əliyev cənabların Ulu öndərin siyasi kursunu uğurla, xalqına güvənərək şərəflə, ləyaqətlə apardığından, bu istiqamətdə xalğımızın Prezidente necə dayaq,  dəstək olmağından danışdı.
Keçidlər