Sabunçu Gənclər Evində "Nə? Harada? Nə zaman?" İntellektual Oyunu üzrə məktəblilər arasında final yarışı keçirilmişdir
06 may 2019 | 20:00
07.05.2019-cu il tarixdə Sabunçu Gənclər Evində Ümummilli Lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə məktəblilər arasında final yarışı keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin müavini Rəna Fərəcova, Milli Məclisin deputatları Dilarə Cəbrayılova və Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova iştirak etmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra final mərhələsinin açılış mərasimində Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin müavini Rəna Fərəcova, Milli Məclisin deputatı Dilarə Cəbrayılova və Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova məktəblilərə intellektual oyunun əhəmiyyəti və faydaları haqda məlumat vermiş və iştirakçı komandalara uğurlar arzu etmişlər.
Daha sonra intellektual oyuna start verilmişdir. Keçirilən intellektual oyunda ümumilikdə rayon ərazisində yerləşən 47 məktəbdən 282 şagird iştirak etmişdir. İlk mərhələdə qalib olmuş komandalar arasında layihənin ikinci turu çərçivəsində yarım final yarışları keçirilmişdir. Layihənin son, yekun mərhələsi çərçivəsində ən güclü 3 komanda final yarışının intellektual savaşında güclərini sınamışlar.
Gərgin və maraqlı mübarizə şəklində keçən final oyununun sonunda 1-ci yerin sahibi 80 nömrəli tam orta məktəb, 2-ci yerin sahibi 169 nömrəli tam orta məktəb oldu. Qalib üçlüyü 252 nömrəli tam orta məktəb tamamladı.
Sonda intellektual oyunda iştirak etmiş hər bir şagirdə fərdi iştirakçı sertifikatı təqdim olunmuş, qalib komandanın iştirakçıları isə kubok və diplomlarla təltif olunmuşdur.