Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri uğurla davam edir

28 fevral 2014 | 20:00

Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin  tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən başlayaraq Respublikamızın bütün bölgələrində olduğu kimi Sabunçu rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri uğurla davam edir. Bununla əlaqədar Sabunçu  rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlər kollektivlər və ərazilər nəzərə alınmaqla tərtib olunmuş xususi qrafiklər üzrə aparılır. Tibbi müayinənin mütəşəkkil qaydada keçirilməsi məqsədi ilə əvvəlcədən ciddi hazırlıq görülmüş, rayonun bütün tibb müəssisələrində lazımi şərait yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə  səyyar həkim briqadaları  təşkil olunmuşdur. Fevralın 17-dən etibarən artıq rayon üzrə 23624 nəfər insanın  müayinələrdən keçməsi təmin olunmuşdur. Burada onlar ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunub, həkim göstərişinə uyğun olaraq müvafiq diaqnostik müayinələrdən keçirlər. Xəstəlik aşkarlanan insanlar müvafiq müalicə prosesinə cəlb olunublar.
Ölkə başçısının verdiyi bu tapşırıq, əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Qeyd edək ki, rayonda əhalinin dispanserizasiyası  may ayının 1-dək davam edəcək.

Keçidlər