Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsi 28 saylı tam orta məktəbdə Narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilmişdir

14 may 2019 | 20:00
  15 may 2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Maştağa qəsəbəsi 28 nömrəli tam orta məktəbin akt zalında “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov, Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev,  həkim-narkoloq Məmmədəli Baxışov, Maştağa qəsəbəsi 22 və 28 saylı tam orta məktəbin müəllimləri, şagirdləri və valideyinlər iştirak edirdilər.
  İlk əvvəl məktəbin direktoru tədbirin məqsəd və əhəmiyyətindən danışaraq gələn qonaqları təqdim etdi. Sonra tədbir iştirakçıları  narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər.
  Giriş sözü ilə tədbiri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov açaraq, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, Dövlət Proqramından irəli gələn işlərin icra vəziyyətindən danışdı və ətraflı  məlumat verdi.
  Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev,  həkim-narkoloq Məmmədəli Baxışov və Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov  çıxış edərək respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyyələr verdilər.
  Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.
 
Keçidlər