“Uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi” məqsədi ilə keçirilən təlimdə iştirak edən məktəlilərə sertifikat təqdim edildi
26 may 2019 | 20:00
Ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və uğurla həyata keçirilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.4-cü bəndində orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə respublikanın bir sıra tam orta məktəblərində tədbirlər həyata keçirilir.
Qeyd olunmalıdır ki, uşaqların iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması, mənəvi dəyərlərin və vətənpərvərlik hissinin, sağlam həyat tərzinin aşılanması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. İnteraktiv şəkildə aparılan pilləli tədris prosesində əsas diqqət şagirdlərin uşaq hüquqları sahəsində bilik səviyyəsinin inkişaf etdirilməsinə yönəldilir.
Təlimdə ombudsman təsisatında uşaqlar üçün anlaşılan tərzdə Azərbaycan dilində hazırlanmış “Uşaq Hüquqları Konvensiyası” adlı kitabça və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan tədris prosesində istifadə edilir.
27.05.2019-cu il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili aparatının şöbə müdürü Faiq Ağayevin və Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdrinin müavini Ədalət Teymurovun iştirakı ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsi 271 saylı tam orta məktəbdə uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi məqsədi ilə keçirilən təlimdə fərqlənən şagirdlərə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin və UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyin imzası ilə 102 şagirdə sertifikat təqdim edilmişdir.