Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “28 May- Respublika Günü” ilə əlaqədar tədbir keçirildi

26 may 2019 | 20:00
27.05.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “28 may-Respublika Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının sədri, RİH-nin başçısının müavinləri, icra aparatının məsul işçiləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ilk olaraq tədbir iştirakçılarını qarşıdan gələn “28 May- Respublika Günü” münasibətilə təbrik etdi. A.Vəliyev Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söylədi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.Tədbirdə YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədri Qüdrət Əlipənahov, İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi üzrə icra nümayəndəsi Vidadi Səlimov, Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək  Azərbaycanda demokratik hüquq və azadlıqların bərqərar olduğunu, Azərbaycan dilinin dövlət dili elan edildiyini, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərildiyini, milli ordu və təhlükəsizlik strukturları qurulduğunu nəzərə çatdırdılar.

Keçidlər