Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon məktəblərinin bir qrup şagirdləri və gəncləri ilə Ombudsman Aparatında görüş keçirilmişdir
29 may 2019 | 20:00
30.05.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə məktəblərin bir qrup şagirdləri və gəncləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı görüş keçirmişdir.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və əməkdaşları iştirak etmişlər.
Müvəkkil bu günlərdə qeyd etdiyimiz Respublika Günü və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə qonaqları təbrik edib və xoş arzularını bildirib. O, 28 may 1918-ci ildə Müsəlman Şərqində və türk dünyasında ilk Parlamentli Respublika kimi dövlət müstəqilliyi elan olunan Azərbaycan Xalq Cümhuriyyəti dövlətin vacib strukturlarını, o cümlədən Milli Ordu qurduğu, habelə insan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi ilə demokratik idarəetmə mexanizmlərini yaratması barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan xalqı qarşısında ölçüyəgəlməz xidmətləri olan, dünya şöhrətli siyasi və dövlət xadimi, fenomenal bir şəxs kimi tanınan, bu il anadan olmasının 96-cı və hakimiyyətə qayıtmasının 26-cı ildönümlərini qeyd etdiyimiz Ümummilli liderimiz Heydər Əliyev hər zaman fəaliyyətində Azərbaycan Xalq Cümhuriyyətinə yüksək önəm verərək həmin tarixi dövrün tədqiq edilməsinə, tarixi hadisələrin yaşadılmasını və varislik prinsipinin qorunaraq daha da inkişaf etdirilməsinə böyük səy göstərib.
Müvəkkil Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətini, dövlətimiz tərəfindən insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının təmin olunmasına böyük diqqət yetirildiyini, bu sahədə qanunların, dövlət proqramlarının qəbul edildiyini vurğulayıb.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti ölkəmizdə uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşmağa, onların sağlamlığına, təhsilinə, yüksək mənəvi-əxlaqi, milli dəyərlər əsasında təlim-tərbiyə alaraq hərtərəfli inkişafına xidmət edir.
Son dövrlər dövlət başçısının rəhbərliyi ilə aparılan mühüm islahatlarla bütün əhalinin sosial rifah halının yüksəldilməsinə, minimum əmək haqqının, pensiyaların, müavinətlərin, o cümlədən yeni doğulan uşaqlara görə müavinətlərin artırılmasına yönəlmiş sərəncam və fərmanları böyük əhəmiyyət kəsb edir. Habelə ölkə başçısının təşəbbüsü ilə artıq bir-neçə ildir ki, uşaqlar üçün keçirilən “Ölkəmizi tanıyaq” layihəsi nəinki məktəblilər, ümumən ictimaiyyət tərəfindən böyük minnətdarlıqla qarşılanır.
Qeyd edilib ki, BMT tərəfindən 1989-cu il 20 noyabr tarixdə qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyası”na qısa müddətdə ölkəmizin Azərbaycan Respublikasının hələ dövlət müstəqilliyinin bərpasının ilk illərində qoşulması, sonrakı dövrlərdə həmin beynəlxalq müqavilənin fakültativ protokollarının da ratifikasiya edilməsi, eləcə də milli qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı mütəmadi olaraq islahatların aparılması, “Uşaq hüquqları haqqında” xüsusi bir qanunun qəbul edilməsi də məhz onların hüquq və mənafelərinin daha səmərəli müdafiəsinə yönəlib.
Ombudsman Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva doğma yurdumuzun hərtərəfli inkişafı, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının daha da artırılması, müxtəlif xəstəliklərdən, o cümlədən talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsi, müasir avadanlıqlarla təchiz edilmiş müalicə və istirahət pansionatlarının, uşaq bağçalarının, məktəblərin, xəstəxana, poliklinika və reabilitasiya mərkəzlərinin tikilməsi və ya əsaslı təmir edilməsi istiqamətində böyük işlər gördüyünü diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ekoloji təmizliyə və sağlam həyat tərzinə yönəlmiş “Bizim həyət” layihəsi, əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən Uşaq Filarmoniyasının, paytaxt və regionlarda uşaq dərnəklərinin fəaliyyəti, xüsusi vurğulanıb.
Ombudsman ölkəmizdə insan hüquqları sahəsində yol xəritəsi rolunu oynayan mühüm strateji sənədlərin - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011) qəbul edilib. Ombudsman tərəfindən ölkənin hər bir rayon və şəhərində geniş ictimai dinləmələrin keçirildiyi, əldə edilən nəticələrin təhlil edilərək ümumiləşdirildiyi və müvafiq dövlət qurumlarına 700-dək təklif və tövsiyələrlə müraciət olunduğu qeyd edilib.
Müvəkkil əhalinin bütün qruplarının, o cümlədən uşaqların, qadınların, ahılların, qaçqın və məcburi köçkünlərin, əlilliyi olan şəxslərin, məhkumların, hərbi qulluqçuların hüquqlarının həyata keçirilməsi və müdafiəsi istiqamətində çoxşaxəli fəaliyyəti, bu sahədə Parlament, dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT və KİV-lərlə sıx əməkdaşlıq etdiyi, habelə insan hüquqları ilə yanaşı Sülh və Uşaq hüquqları aylıqlarının keçirildiyi, uşaq hüquqları üzrə 916 Qaynar xətt xidməti haqqında ətraflı məlumat verib.
Ombudsman Aparatının və ətraf 35 şəhər və rayonu əhatə etməklə Gəncə, Şəki, Quba və Cəlilabadda fəaliyyət göstərən regional mərkəzlərinin əməkdaşları tərəfindən Bakı şəhərində və ölkəmizin regionlarında uşaq hüquqlarının maarifləndirilməsi istiqamətində silsilə tədbirlər təşkil edilir.
Uşaq hüquqları üzrə pilləli tədris proqramının bu il paytaxtda və regionlarda 20, o cümlədən Sabunçu rayonunun 271 saylı məktəbində uğurla həyata keçirildiyi, ümumilikdə bu prosesdə fərqlənmiş 12 mindən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edildiyi bildirilib.
Habelə bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Ombudsman Milli Preventiv Mexanizm funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən edilmiş və respublikada şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən müvəqqəti saxlama yerləri, penitensiar müəssisələr, ahıllar və uşaq evlərinə, psixiatriya müəssisələrinə müntəzəm baxışlar keçirilir.
Sonda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və iştirakçılar bu səmimi qəbula görə Ombudsmana minnətdarlığını söyləyiblər.
Qonaqlar Aparatın strukturu, müraciətlərin qəbulu və araşdırılması prosesi ilə tanış olublar.
Hər bir məktəbliyə Uşaq Hüquqları Konvensiyası və digər nəşrlər hədiyyə edilib.