Valideyin himayəsindən məhrum olmuş və ailə vəziyyəti ağır olan uşaqlar üçün əyləndirici tədbir keçirildi
30 may 2019 | 20:00
31.05.2019-cu il tarixdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Sabunçu Rayon İcra Hakimiyyəti Qızıl Aypara Cəmiyyətinin Sabunçu rayon şöbəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsi “Park Plus” Mərkəzində valideyin himayəsindən məhrum olmuş və ailə vəziyyəti ağır olan uşaqlar üçün əyləndirici tədbir keçirilmişdir. Tədbirdə valideyin himayəsindən məhrum olmuş və ailə vəziyyəti ağır olan uşaqlar üçün bədi-əyləndirici proqramlar təşkil edilmiş, onların səmərəli istirahətləri üçün hər cür şərait yaradılmış, hədiyyələr verilmişdir.