Sabunçu rayonunda Müqəddəs Ramazan bayramı münasibəti ilə tədbir keçirildi
04 iyun 2019 | 20:00
05.06.2019-cu il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan bayramı münasibəti ilə “Ülvi” şadlıq sarayında tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının I müavini Güloğlan Məmmədov, müavinlər Rəna Fərəcova və Avtandil Hüseyn-zadə, millət vəkilləri Dilarə Cəbrayılova və Fazil Mustafa, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP-ın Sabunçu Rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə və sektor müdirləri, əməkdaşları, RİH başçısının qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, Qarabağ müharibəsi, Böyük Vətən Müharibəsi, 20 Yanvar faciəsi, Çernobıl hadisəsinin iştirakçıları, rayonda fəaliyyət göstərən bəzi QHT-in sədr və üzvləri və aztəminatlı ailələr iştirak edirdilər.
Onu da qeyd edək ki, Ramazan bayramı ərəfəsində Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşmış şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və aztəminatlı ailələrə ərzaq bağlamaları ilə köməklik göstərilmiş.