YAP Sabunçu rayon təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirilmişdir
11 iyun 2019 | 20:00
12.06.2019-cu il tarixdə YAP Sabunçu rayon təşkilatında rayonun ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirilmişdir
"Nəsimi ili" çərçivəsində keçirilən tədbiri YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva açaraq, bildirdi ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında Sərəncamı ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilib. Bu Sərəncam dövlət başçısının bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir nümunəsidir. Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ölkədə milli mədəniyyətə və incəsənətə yüksək səviyyədə münasibətin göstəricisidir. Sonra Mehriban Abasquliyeva şeir müsabiqəsi iştirakçılarına uğurlar diləyib.
Müsabiqənin münsiflər heyətinin üzvləri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova və Bakı Sosial İqtisad Kollecinin direktoru Vidadi Orucov çıxışlarında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və fəaliyyətindən danışdılar. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biridir. Şairin anadilli şeirin humanist ideyalarla, yeni məzmun və bədii lövhələrlə daha da zənginləşməsində misilsiz xidmətləri var. Yaradıcılığılığına nəzər yetirdikcə görürük ki, onun şeirlərində, qəzəllərində dərin poetik fikirlər, fəlsəfi görüşlər və dövrün elmi-fəlsəfi düşüncəsi aydın ifadə edilib.
Müsabiqə iştirakçıları dinlənildikdən sonra Münsiflər heyətinin qərarı ilə 3 nəfər qalib :
I yer - Babazadə Mədinə Dövlət qızı,
II yer - Bayramov Kənan Fərhad oğlu,
III yer - Baləhmədov Zülfüqar Gülbala oğlu
Respublika müsabiqəsinə vəsiqə əldə ediblər.