Sabunçu rayonunda 15 İyun – Azərbaycan Respublikasının Milli Qurtuluş Günü qeyd olundu
12 iyun 2019 | 20:00
13 iyun 2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Aparatın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri və üzvləri, icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə və müəssisə rəhbərləri, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərini xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbiri açıq elan edərək "Milli Qurtuluş Günü" münasibətilə təşkil olunan ümumrayon toplantısının iştirakçılarını salamladı və bayram münasibətilə təbrik etdi. A.Vəliyev bildirdi ki, Azərbaycanın müasir tarixi ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışından sonra başlayıb. Bu qayıdış Azərbaycanı xaosdan, anaraxiyadan, özbaşınalıqdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın, bir sözlə yüksəlişin bütün sahələrdə əmin-amanlığın, sabitliyin təmin olunmasından tutmuş, iqtisadi tənəzzülün qarşısının alınmasına qədər bütün işlər ümummilli lider Heydər Əliyevin geniş fəaliyyətinin, fədakarlığının bilavasitə nəticəsidir. A.Vəliyev məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən qayıdışından sonra respublikamız düçar olduğu bəlalardan qurtulduğunu, uğurlu gələcəyin təməlinin qoyulduğunu və ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunduğunu diqqətə çatdırdı.
Sonra çıxış edən digər natiqlər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulduğunu, ölkədə cinayətkarlığın qarşısı tam alındığını, bütövlükdə Azərbaycanın inkişafı naminə gördüyü işləri qeyd etdilər.
Sonda isə 2018-2019-cu il tarixlərində Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş könüllü fəaliyyətini uğurla başa vuran könüllülər diplomla təltif olundular.